Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Möhtəkirlik: Ermənistan-Türkiyə matçının biletləri yoxa çıxıb...

Ermənistan və Türkiyə komandaları arasında İrəvanda keçiriləcək futbol matçının təşkilatçıları 5 minə yaxın bileti öz yaxın və etibarlı adamlarına paylayıblar...

Poliqon.info xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazı.. Qəzet iddia edir ki, Ermənistan Futbol Federasiyası bazarda effektiv nəzarəti təmin edə bilməyib və biletlərin qıtlığı onların kəskin bahalaşmasının səbəb olub.

Nəşrin məlumatına görə, Ermənistan Futbol Federasiyası oyun zamanı həddi aşmaq hallarının qarşısını almaq üçün göstərilən sayda biletləri öz sadiq azarkeşləri arasında paylayıb.

Məlumatda qeyd edilir ki, martın 6-da onlayn bilet satışının başlanması elan edilib və martın 13-də satışın başa çatdığı məlum olub. Hazırda isə biletlər qara bazarda satılır və ilkin 3-5 min dram əvəzinə 25-35 min dram qiymətinə özünə alıcı tapır. Bu möhtəkirlik isə azarkeşlərin qəzəbinə səbəb olub, deyə qəzet yazır.

Bütün bunların fonunda məlum olub ki, yuxarıda sadalanan səbəblərdən 5 minə yaxın bilet ümumiyyətlə satılmayıb. Nəşr qeyd edir ki, Ermənistan FFA bir tərəfdən bir çox vətəndaşı oyunu izləmək imkanından məhrum edib, digər tərəfdən spekulyasiya və saxtakarlığın qarşısını almaq üçün lazımi nəzarəti təmin edə bilməyib

Xatırladaq ki, martın 25-də Ermənistan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə yığmasını qəbul edəcək. UEFA-nın qərarı ilə oyun türkiyəli azarkeşlər olmadan keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar