Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda bütün növlərdə qaliblər bəlli olub

Milli Gimnastika Arenasında baş tutan yarış martın 9-da start götürüb və bu gün başa çatıb...

Azərbaycanda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.

“Report”un məlumatına görə, ikinci final gününün son yarışında kişilərin turnikdə hərəkətlər yarışında qaliblər müəyyənləşib.

İsrail təmsilçisi Aleksandr Myakinin bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. O, 14.200 xal toplayıb.

İkinci yeri yaponiyalı Kazuki Matsumi tutub. Gimnast 14.033 xal toplayaraq gümüş medal qazanıb.

Xorvatiyalı Tin Srbiç 13.666 xalla üçüncü yeri tutub.

Azərbaycan təmsilçisi İvan Tixonov çıxışını 12.200 xalla başa vurub və 8-ci olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutan yarış martın 9-da start götürüb və bu gün başa çatıb.

**

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilərin dəstəkli at və qadınların sərbəst hərəkətlər yarışında qaliblər bəlli olub.

Turnirin son günü keçirilən qadınların sərbəst hərəkətlər yarışlarında Fransa təmsilçisi Marin Boyer 12.833 xalla birinci olub.

İtaliyalı Arianna Belardelli 12.800 xalla ikinci olubsa, türkiyəli Sevgi Kayısoğlu isə 12.566 xalla bürünc medal qazanıb.

İlk dəfə böyüklərin yarışında qüvvəsini sınayan Azərbaycan təmsilçisi Nazənin Teymurova 9.966 xalla 8-ci yeri tutub.

Kişilərin dəstəkli at yarışının qalibi Qazaxıstan təmsilçisi Nəriman Kurbanov olub. O, 15.300 xalla bütün rəqiblərini qabaqlayıb. İrlandiyalı Ris MakKlenaqan 14.933 xalla ikinci, Albaniya təmsilçisi Matvey Petrov isə 14.766 xalla üçüncü olub.

Qeyd edək ki, martın 9-da start götürmüş Dünya Kubokunda mübarizəyə bu gün yekun vurulacaq.

***

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda daha iki növdə qaliblər bəlli olub.

Turnirin son günü keçirilən yarışlarda ilk olaraq kişilərin dayaqlı tullanma və qadınların gimnastika tiri mübarizəsində medalçıların adlarına aydınlıq gəlib.

Kişilərin dayaqlı tullanma yarışının qalibi Flippin təmsilçisi Karlos Edriel Yulo olub. O, 14.933 xal toplayaraq qızıl medal qazanıb.

İkinci yeri Böyük Britaniya gimnastı Herri Hepvört tutub. Ona gümüş medal qazanmaq üçün 14.816 xal kifayət edib.

Bu növdə sonuncu medalçı isə Honqkonq idmançısı Vay Hun Şek olub. O, 14.716 xalla bürünc medalı qazanıb.

Qadınların gimnastika tiri mübarizəsi də gərgin və maraqlı keçib. İtaliya təmsilçisi Ciorcia Villanın 13.966 xalla qızıl medal əldə etdiyi yarışın ikincisi Marin Boyer olub. Fransalı gimnasta 13.866 xal gümüş medal üçün kifayət edib.

Ukraynalı Anna Laşçevska isə 13.433 xalla bürünc medalı boynundan asıb.

Dünən keçirilən ilk final günündə 5 növdə qalib və medalçılar müəyyənləşib.

Qeyd edək ki, martın 9-da start götürmüş Dünya Kubokunda mübarizəyə bu gün yekun vurulacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

Ən çox oxunanalar