Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bolqarıstan Prezidenti: “Azərbaycandan qaz aldığımıza görə məmnunuq”

Biz daha da irəli getməyə hazırıq...

Azərbaycandan qaz aldığımıza görə məmnunuq”.

Bunu Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşü zamanı deyib.

"Çox şadam ki, bu, təkcə enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq”, - o, bildirib.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Ən çox oxunanalar