Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin növbəti G20 sammitində iştirak edə bilər…

Kreml G20 sammitində iştirak edəcəyi ehtimalı ilə Putinin cədvəlini azad edib...

Kreml prezident Vladimir Putinin 9-10 sentyabr tarixlərində Hindistanda keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirak etmək imkanı əldə etmək üçün onun həmin tarixə iş cədvəlini indidən azad edib.

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Agentliyə məlumat verən mənbənin bildirib ki, hələ yekun qərar verilməsə də, Kreml Putinin tədbirə iştirak etməsini planlaşdırıb.

Nəşrin həmsöhbətləri rəsmi olaraq elan edilən Şərq İqtisadi Forumunun təxirə salınmasına diqqət çəkiblər.

“Bu forumun 5-8 sentyabrda keçirilməsi planlaşdırılsa da, 12-15 sentyabra keçirilib. Putinə daha çox rahatlıq verməklə yanaşı, Hindistan və Çindən olan yüksək vəzifəli məmurların Şərq İqtisadi Forumunda iştirak etmək imkanı yaratmaq üçün edilib”, deyə Bloomberg mənbələri bildirib.

Putinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bloomberg qeyd edir ki, Hindistan rəsmi olaraq Putini G20 sammitinə dəvət edib və Kreml dəvəti qəbul edib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında keçirilən G20 sammitində Putin iştirak etməyib. Onun əvəzinə tədbirə XİN başçısı Sergey Lavrov qatılıb. 2021-ci ilin oktyabrında keçirilən G20 sammiti Ukraynada müharibə başlamazdan bir neçə ay əvvəl Romada keçirilib. Həmin sammitdə Putin onlayn formatda iştirak etdib.

Bloomberg-in mənbələrinə görə, Hindistan 2023-cü ilin iyununda Peterburq Beynəlxalq İqtisadi Forumuna hökumətinin nazirlərindən birini göndərməyi də nəzərdən keçirir. Bu barədə son qərarı Baş nazir Narendra Modi verəcək.

Hər il Rusiya və Hindistan liderləri ikitərəfli görüş keçirirlər. Son iki onillikdə belə görüşlər iki dəfə - koronavirus pandemiyası səbəbindən 2020-ci ildə və 2022-ci ildə baş tutub.

Bloomberg yazır ki, 2022-ci ildə Putinin nüvə silahından istifadə etməklə bağlı təhdidləri səbəbindən Modi Putinlə sammitdən imtina edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ən çox oxunanalar