Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edirlər

Tbilisidə etirazçılar hökumətə yeni ultimatum irəli sürərək, hakimiyyətdən istefaya getməyi tələb ediblər…

Poliqon.info xəbər verir ki, martın 9-da Gürcüstan parlamentinin binası yaxınlığında keçirilən mitinqdə Gürcüstan ordusunun bir qrup hərbi veteranı gözlənilmədən hökumətin istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı çağırışlar ediblər. Çıxış edənlərin fikrincə, indiki hakimiyyət Gürcüstanı Avropa istiqamətində aparmağa qadir deyil.

“Bu hökumət istefaya getməlidir, növbədənkənar parlament seçkiləri təyin olunmalıdır”, deyərək kürsüyə qalxan şəxs meydana toplaşanları bu tələbi dəstəkləməyə çağırıb.

Etirazçılardan bəziləri əllərini qaldıraraq həmrəy olduqlarını bildiriblər. Parlament binası qarşısında etiraz aksiyası davam edir.

Martın 7-də Gürcüstan parlamenti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bundan sonra Tbilisidə iki gün etiraz aksiyaları davam edib. Nəticədə parlament qanun layihəsini qəbul etməkdən imtina etmək qərarına gəlib.

Daha sonra martın 7-də və 8-də etirazlarda iştirak edən və inzibati xətalara görə saxlanılan Tbilisidə parlamentin yaxınlığındakı aksiya iştirakçılarının hamısı sərbəst buraxılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar