Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

X Qlobal Bakı Forumu: “Çoxtərəfliliyin yenidən kəşfi: Qoşulmamanın yeni dövrü?” mövzusunda panel iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Forum çərçivəsində “Çoxtərəfliliyin yenidən kəşfi: Qoşulmamanın yeni dövrü?” mövzusunda növbəti panel iclası keçirilib.

2008, 2009-2011-ci illərdə Belçikanın Baş naziri İv Letermin moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, BMT Baş Assambleyasının 75-ci Prezidenti; Türkiyə Respublikasının 2014-2015; 2015-2016-cı illərdə Avropa İttifaqı naziri; Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır, 2013-2020-ci illərdə Maltanın Baş naziri Cozef Muskat, Gürcüstan parlamentinin keçmiş sədri Nino Bucanadze, BMT Baş Assambleyasının 2012-2013-cü illərdə Prezidenti; Serbiyanın 2007-2012-ci illərdə xarici işlər naziri Vuk Yeremiç, İtaliya Prezidentinin keçmiş diplomatik müşaviri; Malta Hərbi Ordeninin Vatikandakı səfiri Antonio Zanardi Landi, 2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Prezidenti Mladen Ivaniç, Slovakiyanını 2006-2009-cu illərdə xarici işlər naziri; BMT-nin Avropa İqtisadi Komissiyasının 2009-2011-ci illərdə icraçı katibi Yan Kubis, BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaidze çıxış ediblər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə dürüst və açıq olmağa çalışdığını bildirib: “Bu gün biz sədrliyimizə inam görürük. Pandemiya zamanı biz böyük təşkilatların səmərəsiz şəkildə fəaliyyət göstərdiyini gördük və pandemiya ilə bağlı onlayn sammit təşkil etdik”.

O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin həmrəyliyini təmin edir.

H.Hacıyev çoxtərəflilikdən danışaraq qeyd edib ki, bu gün (Təhlükəsizlik Şurası) BMT ədalətsiz işləyir: “Məsələn, Afrika və digər ölkələrin səsi orada təmsil olunmur”.

Daha sonra çıxış edən BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin 2014-2016-cı illərdə Avropa İttifaqı naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır deyib ki, BMT iki yerə bölünməlidir: “Bugünkü dünya çox fərqli vəziyyətlə qarşı-qarşıyadır. BMT kimi müvəffəqliyyətli olmayan qurumlar var. Düşünürəm ki, BMT iki yerə bölünməlidir”.

Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatı uğurlu şəkildə sədrlik edib: “Buna öz məsələsi kimi yanaşdı. Hesab edirəm ki, bu, davam etdirilməlidir”.

Gürcüstan parlamentinin keçmiş sədri Nino Bucanadze isə ölkəsinin Azərbaycanla çox yaxşı münasibətlərinin olduğunu söyləyib.

Eks-spiker deyib ki, BMT-nin qərarları çox mükəmməl olub, ancaq heç bir nəticəyə gətirib çıxarmayıb: “Ancaq bu o demək deyil ki, biz buna xaç qoymalıyıq. Düşünürəm ki, regional təşkilatlar daha da təkmilləşdirilməlidir. Biz istərdik ki, bunlar təkmilləşsin”.

Panel iclası çıxışlarla davam etdirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Prokurorluq əməkdaşı ağır qəzasında həyayını itirib

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Abşeron rayonunda “Bilik günü” şəhid övladları ilə birgə qeyd edilib

Ən çox oxunanalar