Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev “Şimal axını”nın partladılması ilə bağlı məlumatları təsdiqləməyib

Ağ Evdəki Milli Təhlükəsizlik Şurası The New York Times mənbələrinin "Şimal axını"ndakı təxribatda ukraynayönlü qrupun iştirakı ilə bağlı məlumatlarını təsdiq edə bilmir…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Eydrienn Uotson “Twitter”də bildirib. Onun sözlərinə görə, NYT etiraf edib ki, verilən məlumat ABŞ hakimiyyətinin verdiyi kəşfiyyat məlumatlarına əsaslanmır. Spiker əlavə edib ki, Almaniya, İsveç və Danimarka insidenti araşdırmaqda davam edir və bu üç dövlətin rəhbərliyini şərh etməyə çağırır.

“Milli Təhlükəsizlik Şurası NYT nəşrinin iddialarını təsdiq edə bilmir. Nəşrin etiraf etdiyi kimi, bu anonim iddialar ABŞ administrasiyası tərəfindən verilən kəşfiyyat məlumatlarına əsaslanmayıb və mənbələrə ABŞ hökuməti adından danışmaq səlahiyyəti də verilməyib”, deyə Uotson bildirib.

Xatırladaq ki. martın 7-də NYT, kəşfiyyat məlumatları araşdıran ABŞ rəsmilərinin Baltik dənizindəki qaz kəmərlərində təxribatın Ukrayna rəhbərliyi ilə əsaqəsi olmayan ukraynayönlü qrup tərəfindən həyata keçirilə biləcəyi qənaətinə gəldiyini bildirən məqalə dərc edib.

NYT-nin məlumatına görə, qrupa ukraynalılar və ya ruslar, ya da hər iki dövlətin vətəndaşları daxil ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ən çox oxunanalar