Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT rəsmisi: "Azərbaycanda STEM təhsili alan qızların sayı ürəkaçan göstəricidədir"

2022-2023-cü tədris ilində Azərbaycanda ümumilikdə 100 305 tələbə STEM təhsili alır. Onların 47 faizi və ya 46,782 nəfəri qızlardır. Hesab edirəm ki, bu, digər ölkələrlə müqayisədə kifayət qədər ürəkaçan göstəricidir.

Bu fikirləri BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yaydığı müraciətdə deyib.

O bildirib ki, STEM təhsilini qızlar arasında təşviq etmək və onların rəqəmsal savadlılığı və biliklərini artırmaq üçün Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə fəaliyyətlər həyata keçirir: "Qadın və qızların texnologiyaya cəlb edilməsi onların ehtiyaclarına cavab verən və gender bərabərliyini təşviq edən innovasiyalar üçün potensialı xeyli artıracaq. Bu baş verməsə, itkilər böyük olacaq. BMT-nin Azərbaycandakı nümayəndəliyi bütün qadın və qızlar üçün yüksək texnologiya və rəqəmsal təhsilə çıxışın, eləcə də daha inklüziv və bərabər gələcəyin yaradılması uğrunda tərəfdaşları ilə birlikdə fəaliyyətləri davam etdirəcək".

"Mən Azərbaycanda hökumət, vətəndaş cəmiyyəti, media, akademik dairələr və özəl sektorda çalışan bir çox gənc və istedadlı qadın və qızlarla tanış olmuşam və onların gördüyü işlərdən ilham almışam. Onların iqtisadi artım, sosial inkişaf və ekoloji dayanıqlığa verdiyi töhfələr əhəmiyyətlidir" - Vladanka Andreeva əlavə edib.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar