Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda əsən güclü külək su və elektrik təchizatında problemlər yaradıb

Əraziyə elektrik enerjisinin verilişi təxminən 15 saatdır ki, dayandırılıb...

Göyçayda əsən güclü külək su və elektrik təchizatında problemlər yaradıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Göyçay Elektrik Şəbəkəsi rayonda külək əsməyə başlayan kimi küçələrdəki elektrik naqillərinin ağaclara toxunacağından və qısaqapanmadan transformatorların yanacağını nəzərə alaraq eletrik enerjisinin verilişini dayandırıb.

Güclü külək səbəbindən Göyçay şəhərinə və kəndlərə içməli su ilə təmin edən artezianların və su anbarlarının olduğu əraziyə elektrik enerjisinin verilişi təxminən 15 saatdır ki, dayandırılıb. Hazırda artezianlar işləmir, su anbarları boş olduğu üçün əhaliyə içməli su verilişi dayanıb.

Göyçay Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Soltanov “Report”un yerli bürosuna bildirib ki, hazırda şəhər ərazisində elektrik enerjisinin verilişi nisbətən bərpa olunsa da, içməli su hələ də yoxdur. İcra nümayəndəsi əlavə edib ki, içməli suyun verilməsi ilə bağlı işlər davam etdirilir və su təchizatı sabah günün ikinci yarısında bərpa ediləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ən çox oxunanalar