Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marqarita Simonyanın korrupsiya şəbəkəsi Navalnının komandasının araşdırmasında...

Simonyan və əri Keosayan Moskva meriyasından milyardlar alıblar. Şəbəkədə həmçinin Venediktov və Sobşak da pay alıb...

Poliqon.info xəbər verir ki, Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Aleksey Navalnının komandası Venediktovun, Simonyanın, Sobçakın şirkətlərinin və RTVI telekanalının Moskva meriyasından yüz milyonlarla rubl aldıqlarını ifşa edib.

Aleksey Navalnının komandası Moskva meriyasının “Mənim rayonum” proqramı ilə bağlı araşdırma dərc edib. Bu proqram vasitəsilə RT-nin baş redaktoru Marqarita Simonyan, “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov, RTVI kanalı, jurnalist və aparıcı Kseniya Sobçak və digər media orqanları ilə əlaqəli şirkətlər yüz milyonlarla rubl alıblar. Bu barədə Navalnının antikorrupsiya layihəsi olan FBK-nın nəşr etdiyi bank məlumatlarında bildirilir.

“Mənim rayonum” Moskva meriyası tərəfindən maliyyələşdirilir. Navalnının komandası qeyd edir ki, təkcə 2021-ci ildə şəhər hökuməti proqrama demək olar ki, 14 milyard rubl ayırıb. Araşdırma müəllifləri iddia edirlər ki, bu pullar əsasən “saxta müxalifətə”, illərdir meriyadan pul alan korrupsioner jurnalistlərə və siyasətçilərə sərf edilib.

Araşdırma müəllifləri proqramın bank əməliyyatları haqqında məlumatı necə əldə etdiklərini dəqiqləşdirmirlər.

“Mənim rayonum” layihəsindən ən çox pulu RT-nin baş redaktoru Marqarita Simonyan və onun əri, teleaparıcı Tiqran Keosayan alıb. Simonyanın nəzarət etdiyi firmalardan biri olan “Белый Лев” studiyası vasitəsilə 185 milyon rubl qazanıb. Tiqran Keosayan bu şirkət vasitəsi ilə Moskva meriyasından 61 milyon, David Keosayan isə daha 56 milyon alıb. Bu köçürmələr Moskva meriyasının proqramları üçün reklamı göstərən”Снято” verilişinin istehsalı üçün ödəniş kimi həyata keçirilib. FBK qeyd edir ki, verilişin epizodları hətta minə qədər baxış belə qazanmır.

Simonyan başqa bir şirkəti “Симплсити” vasitəsi ilə meriyadan 104 milyon rubl alıb. Bu məbləğdən Tiqran Keosayana 41 milyon rubl, David Keosayana 29 milyon, RT-nin baş redaktorunun bacısı Alisa Simonyana isə 27 milyon rubl verilib. Bundan əlavə, Tiqran Keosayanın qızı Aleksandra Keosayan birbaşa meriyadan 150 milyon rubl alıb, deyə araşdırmada qeyd edilir.

Rusiyanın məşhur jurnalisti və liberal simalarından bili olan Aleksey Venediktovun ailəsi də meriyadan yüz milyonlarla rubl alıb. “Exo”nun keçmiş baş redaktoru “Mənim rayonum” layihəsinin sponsorluğu ilə “Дилетант” jurnalını nəşr etdirir. “Дилетант” jurnalı Venediktovun xüsusi layihəsidir və un nəşri üçün rəsmi olaraq Venediktovun arvadı Yelenanın nəzarətində olan “Образование - 21 век” şirkəti 2019-cu ildən bəri 680 milyon rubldan çox pul alıb. Bu müddət ərzində jurnalın 120 nömrəsi nəşr olunub. Bu məbləğdən 23 milyon rublu Venediktov özü alıb.

Araşdırmada göstərilir ki, pulun bir hissəsi jurnalın nəşrə hazırlanmasına xərclənir. Araşdırma müəlliflərinin fikrincə, jurnalın nəşri üçün qiymətlər şişirdilir. Venediktovun ailə şirkəti korrektura işləri üçün min işarəyə görə 1,2 min rubl ödəyir,lakin bu xidmətin bazar qiyməti 40 ilə 200 rubl arasındadır.

Rəsmi sənədlərə görə jurnalın hər nömrəsinin tərtibatı 600 minə başa gəlir, halbuki “Дилетант” jurnalının hər nömrəsinə 232 rubla yaxın vəsait sərf olunur. FBK qeyd edir ki, “Mənim rayonum” proqramı jurnalının müəlliflərindən biri olan Pavel Çirkindən maket, bannerlər və suvenirlərin dizaynını sifariş edirlər.

Moskva meriyasından “Mənim rayonum" proqramından pul alan başqa bir media qurumu da “Ростех “in rəhbəri Sergey Çemezovla əlaqəli olan RTVI kanalıdır. 2019-cu ildən 2021-ci ilə qədər RTVI kanalının hesablarına meriyadan birbaşa 840 milyon rubl, layner firmalar vasitəsilə isə yarım milyard rubl daxil olub. FBK-nın məlumatına görə, RTVI –nin 10 mindən çox baxış toplaya bilməyən Moskva haqqında 30 video seriyası üçün 700 milyon rubl ayrılıb.

Həmçinin, FBK-nın məlumatına görə, Kseniya Sobçak da Moskva meriyasından 20 milyon rubl alıb. “Life News” və “Mash” teleqram kanalının sahibi Aram Qabrelyanov və Maksim İksanovun strukturları isə Moskva meriyasının 279 milyon rublunu mənimsəyib. Konstantin Malofeyevin “Царьград” kanalı 40 milyon rubl, “Yabloko” partiyasının Moskva şöbəsinin sədr müavini Kirill Qonçarovun “Среда” Fondu isə 24 milyon alıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar