Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın dayanmadan Qarabağa silah-sursat daşımasına Azərbaycan niyə səbrlə yanaşır?..

Azərbaycan bu məsələni Rusiya ilə birlikdə həll etməlidir, yoxsa özü bütün bunlara son verməlidir?..

Politoloq: “Ermənistanın Qarabağa qanunsuz silah-sursat daşıması artıq 3 ilə yaxındır ki, davam edir”.

“Artıq Ermənistanın qanunsuz fəaliyyətinə qarşı antiterror əməliyyatının keçirilməsi üçün də bir şərait formalaşıb”.

Bu sözləri politoloq İlyas Hüseynov Qarabağa qanunsuz silah-sursat daşımasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Dünən “Caliber” nəşri Ermənistanın Qarabağa qanunsuz silah-sursat daşımasının görüntülərini yayıb. Görüntülərdən aydın görünür ki, Ermənistan dayanmadan Qarabağa silah-sursat daşıyır.

Bu duruma Azərbaycanın səbrlə yanaşmasını və bu açıq pozuntunun qarşısının alınmamasını nəylə əlaqələndirmək olar? Azərbaycan bu məsələni Rusiya ilə birlikdə həll etməlidir, yoxsa özü bütün bunlara son verməlidir?

Mövzunu Poliqon-nun əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı cənab Prezident İlham Əliyevin də irəli sürdüyü təşəbbüs yerinə yetirilməlidir”.

Hərbi qulluqçularımızın şəhid edilməsi, Laçın-Xankəndi yolunda ekoloji aksiyanın davam etməsi fonunda alternativ yollarla ermənilərin silah-sursat, texnikanın daşınmasının təhlükəsizliyimizə təhdid törətdiyini vurğulayan politoloq bildirib ki, bu təhdidləri neytrallaşdırmaq üçün də Azərbaycanın çox güclü ordusu və siyasi iradəsi var:

Ermənistanın Qarabağa qanunsuz silah-sursat daşıması artıq 3 ilə yaxındır ki, davam edir. Çünki üçtərəfli birgə bəyanata görə Ermənistan ordusunun qalıqlarları regionu tərk etməli və Rusiya sülhməramlıları bölgədə yerləşməli idi. 2022-ci ilin noyabrda imzalanan bəyanatdan cəmi bir neçə gün sonra Rusiya sülhməramlıları bölgəyə yerləşsə də, biz ötən dövr ərzində Ermənistanın silahlı qüvvələrinin bölgəni tərk etməsini müşahidə etmədik. Əksinə bölgəyə silah-sursat, texnika, Ermənistan istehsal olan minalar və diversantlar gətirildi.

Hətta Laçın yolundan siyasi məqsədlər üçün istifadə olunur. Ermənistanda olan məmurlar, deputatlar, din xadimləri separatçılarla görüşərək özləri üçün siyasi dividendlər qazanmağı hədəfləyiblər. Təbii ki, əgər Azərbaycan ərazisindən söhbət gedirsə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bu qanunsuz hallar baş verirsə, rəsmi Bakı da öz prinsipial mövqeyini ortaya qoymalıdır. Azərbaycan Müdafiə Nazirliyi artıq çox ciddi surətdə Ermənistan silahlı qüvvələrinin qalıqlarının ölkəmizdən çıxarılmasını tələb edir. Eyni zamanda Müdafiə Nazirliyinin bu fəaliyyət Azərbaycan ordusunun icra etməsi məcburiyyətində qalması ilə bağlı da konkret mesajı var.

Düşünürəm ki, nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı cənab Prezident İlham Əliyevin də irəli sürdüyü təşəbbüs yerinə yetirilməlidir. Çünki çox konstruktivdir və beynəlxalq hüquqa söykənir. Eyni zamanda bu təkliflər Azərbaycanın milli maraqlarını özündə əks etdirir.

İlyas Hüseynov: “İndi Azərbaycanın verdiyi konkret mesajlara Ermənistan cavab verməlidir. Əgər bu suallar açıq qalacaqsa, Azərbaycan da adekvat addımlar atacaq”.

Rusiya sülhməramlıları bölgədə müvəqqəti xarakter daşıyırlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq siyasi konyekturanı da ciddi nəzərdən keçirir və hazırkı həssas durumu anlayır. Lakin buna baxmayaraq hərbi qulluqçularımızın şəhid edilməsi, Laçın-Xankəndi yolunda ekoloji aksiyanın davam etməsi fonunda alternativ yollarla silah-sursat, texnikanın daşınması təbii ki, təhlükəsizliyimizə təhdid törədir. Bu təhdidləri neytrallaşdırmaq üçün də Azərbaycanın çox güclü ordusu və siyasi iradəsi var.

Buna görə də düşünürəm ki, artıq Ermənistanın qanunsuz fəaliyyəti antiterror əməliyyatının keçirilməsi üçün də bir şərait formalaşdırdı. İndi Azərbaycanın verdiyi konkret mesajlara Ermənistan cavab verməlidir. Əgər bu suallar açıq qalacaqsa, Azərbaycan da adekvat addımlar atacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Ən çox oxunanalar