Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Polşa İşçi qrupu toplandı

İclasın yekununda Protokol imzalanıb...

Bakı şəhərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun və Polşa Respublikasının infrastruktur nazirinin müavini Andrzej Bittelin həmsədrliyi ilə Nəqliyyat və logistika üzrə Azərbaycan-Polşa İşçi qrupunun 2-ci iclası keçirilib.

İclasda AzərbaycanPolşa arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bu xüsusda iki ölkənin dəniz limanları arasında əməkdaşlığın, həmçinin regionlararası aeroportlar arasında birbaşa hava reyslərinin açılması imkanının araşdırılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Bununla yanaşı, Orta Dəhliz çərçivəsində əməkdaşlıq və mövcud marşrutların diversifikasiya imkanlarının öyrənilməsi, eləcə də iki ölkənin nəqliyyat və tranzit imkanlarından istifadə edilməsi barədə müzakirələr aparılıb.

Hazırda ölkəmizdə həyata keçirilən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin artırılması” Polşa-Litva Tvinninq layihəsi çərçivəsində yol hərəkətinin təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi də qeyd olunub.

İclasın yekununda Protokol imzalanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Sumqayıtda narkotik aludəçisi saxlanılarkən ürəktutmadan öldü

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Ən çox oxunanalar