Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin sülh planı 50/45 balansını Ukraynanın xeyrinə tərtib edilib - Aretoviç

Prezident Aparatının keçmiş müşaviri qeyd edib ki, Çin istəmədən sülh təklifləri ilə əsas zəifliyini üzə çıxarıb…

Poliqon.info xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin keçmiş müşaviri Aleksey Aretoviç rusiyalı bloger Mark Feyqinlə birgə efirində bildirib ki, Çinin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün “sülh planı”nın ümumi balansı 50/45 nisbətində Kiyevin xeyrinə tərtib edilib.

Arestoviç vurğulayıb ki, Çindən gələn təkliflər Ukraynada müharibəyə son qoymaq üçün konkret “sülh planı” kimi şərh edilməməlidir. Arestoviçə görə bu, sadəcə Çinin mövqeyidir. Onun sözlərinə görə, indi Si Tsinpin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rolunu öz üzərinə götürməyə və Ukrayna ilə Rusiya arasında danışıqlarda yeni “vasitəçi” olmağa çalışır.

“Çin başa düşür ki, müharibəyə son qoyulmalıdır, çünki bu müharibənin heç bir perspektivi yoxdur. Onlar çox güman ki, bu müharibədə heç kimin salamat çıxmayacağını anlayıblar", deyə Aretoviç bildirib.

O, həmçinin bu sənədin ümumi balansının 50/45 Ukraynanın xeyrinə tərtib edildiyini deyib və Çinin Rusiya dprezidenti Vladimir Putinə faktiki “xəyanət etdiyi” üç əsas mövqe müəyyənləşdirib.

“Bu sənədin ümumi balansı 50/45 bizim xeyrimizədir. Birincisi, Çin Ukraynanın, o cümlədən Krım da daxil olmaqla, ərazi bütövlüyü prinsipindən çıxış edir, Krımın ilhaqını tanımır, Donbass haqqında deyiləcək heç nə yoxdur və Zaporojye və Xerson vilayətləri heç müzakirə olunmur. Yəni Çin üçün Ukrayna 1991-ci il sərhədləri daxilində tanınan Ukraynadır.

İkincisi, Çin bu planda nəinki nüvə silahından istifadəni, hətta nüvə ritorikasını birmənalı şəkildə pisləyir. Bizim üçün və yaxud dünyada üçün bu mühüm amildir, çünki Qərb dünyasını Rusiya hələ də şantaj edə bilərsə, deməli, Çin Rusiya üçün mühüm iqtisadi tərəfdaşdır”, deyə Aretoviç bildirib.

O, həmçinin vurğulayıb ki, Çin özünün “sülh planı”nın bir hissəsi olaraq, bilmədən özünün əsas zəif tərəfini, Qərblə tərəfdaşlıqdan iqtisadi asılılığı üzə çıxarıb.

“Üçüncü, çinlilər birtərəfli sanksiyalardan və iqtisadiyyatdan təsir silahı kimi istifadə etməməyə çağıranda ən zəif nöqtələrini göstərdilər. Biz başa düşürük ki, bəli, Çin iqtisadiyyatı çox mürəkkəb struktura və böyük daxili borclara malik tərs çevrilmiş piramidadır. Onların iqtisadiyyat 85% ixracdan asılıdır - Çin üçün istənilən sanksiyalar ölümcüldür. Onlar bu sanksiyaların altına düşmək istəmirlər”, deyə Arestoviç bildirib.

Aretoviç onu da izah edib ki, Ukraynanın razılaşa bilməyəcəyi planın əsas məqamı dərhal atəşi dayandırmaq və Rusiya ilə birbaşa danışıqlara başlamaq çağırışıdır.

“Biz rusların ərazimizdə qalmasına icazə verə bilmərik. Onlar hər gün insanlarımızı öldürür, işgəncə verirlər. Əgər biz atəşkəsə razılaşsaq, bu, rusların cəzasız qalacağı anlamına gələcək. Onlar cəbhədə döyüşməyəcək, lakin yerli əhaliyə qarşı quldurluq edəcəklər, onlara işgəncə verəcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ən çox oxunanalar