Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Belarusu Rusiyaya birləşdirməklə bağlı planlarının detalalrı mətbuata sızıb…

Belarusun tədricən Rusiyaya birləşdirilməsi ilə bağlı Kremldə hazırlanan sənəd mətbuata sızdırılıb…

Rusiya prezidentinin administrasiyası 2021-ci ilin yayında Belarusun 2030-cu ilə qədər Rusiyaya hərbi, mədəni, iqtisadi birləşməsi ilə bağlı sənəd hazırlayıb.

Poliqon.info xəbər verir ki, sənəd eyni vaxtda Süddeutsche Zeitung, Yahoo News və Dossier Center daxil olmaqla bir neçə nəşrə ötürülüb.

Rusiya Federasiyasının Belarus istiqamətində strateji məqsədləri” adlanan sənəd Belarusun ictimai-siyasi, kommersiya, elmi və mədəni həyatının Rusiyaya tabe edilməsinə, ölkənin qanunvericiliyinin rus dilinə uyğunlaşdırılmasına və Belarusda Rusiya dövlətinin dominantlığının yaradılmasına yönəlib. Rusiya Prezident Administrasiyasının planına əsasən Belarusun inteqrasiyası üçün əsas alət İttifaq Dövləti olacaq.

Sənədə görə Belarusun Rusiyaya birləşdirilməsiı strategiyadan irəli gələn bir neçə mərhələdə baş verməlidir. 2022-ci ilə qədər əhali, o cümlədən siyasi və hərbi elita arasında rusiyapərəst əhval-ruhiyyə formalaşdırmaq və bununla da “millətçi və qərbyönlü” qüvvələrin təsirini məhdudlaşdırmaq, Belarusun maraqlarına əsaslanan konstitusiya islahatını başa çatdırmaq lazım idi. Moskva həmçinin Belarus elitaları arasında Rusiyayönlü təsir qrupları yaratmağı, ölkənin malların daşınması üçün Rusiya limanlarından istifadə etməyə məcbur etməyi və Rusiyanın humanitar sahədə təsirini artırmağı planlaşdırırdı.

2025-ci ilə qədər Prezident Administrasiyası Belarus siyasətində, ordusunda və biznesində artıq sabit təsir qruplarına sahib olmağı, Rusiyanın hərbi mövcudluğunu genişləndirməyi və Belarusun Rusiyanın enerji, nəqliyyat və kommunikasiya sisteminə inteqrasiyasını təmin etməyi planlayır. Digər ortamüddətli məqsəd isə Rusiyayönlü qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarına dəstək verməkdir.

Nəhayət, 2030-cu ilə qədər strategiya İttifaq Dövlətinin formalaşdırılmasının başa çatdırılmasını, iki ölkənin ordularının birləşdirilməsini, Rusiyanın Belarusun informasiya məkanına nəzarətini və vahid valyutaya keçidi nəzərdə tutur. Prezident Administrasiyası da bu ilədək Belarusda rus dilinin belarus dili üzərində üstünlüyünü təmin etməyi və tarixə vahid yanaşma ilə ümumi mədəniyyət məkanının yaradılmasını həyata keçirməlidir.

Qeyd edilir ki, sənəd Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın nəzarəti altında olan Prezidentin “Transsərhəd Əməkdaşlıq üzrə İdarə”si tərəfindən hazırlanıb. Bu məlumatı Yahoo News-a Qərb rəsmisi təsdiqləyib.

Almaniyanın Tagesschau saytı yazır ki, Qərb kəşfiyyatındakı bir neçə mənbə bu sənədi etibarlı hesab edir.

Dossier isə yazır ki, Prezidentin “Transsərhəd Əməkdaşlıq üzrə İdarə”si Belarus, Moldova və Baltikyanı ölkələrin siyasətinə müdaxilə ilə məşğuldur. Departamentə əvvəllər Cənubi Osetiya və Abxaziyada Kremlin maraqlarını təmsil edən, Moskvanın DXR və LPR ilə humanitar və siyasi qarşılıqlı fəaliyyətinə nəzarət edən Aleksey Filatov rəhbərlik edir. Qərb kəşfiyyatında Yahoo News həmsöhbətinin sözlərinə görə, FTX, RXİ, qru və Baş Qərargah İttifaq Dövləti konsepsiyasının hazırlanmasında fəal iştirak ediblər. Mənbə bildirib ki, sənəd 2021-ci ilin payızında Kozaka təqdim edilib.

Qərb kəşfiyyatındakı mənbə Tagesschau-ya bildirib ki, Minsk çətin ki, Moskvanın Belarusu tam ələ keçirmə strategiyasını həyata keçirməkdə ciddi maraqlı olsun. Mənbə qeyd edib ki, Putin və Lukaşenko hələ də bir-birinə inanmır və onların hər biri digərinin ölümünü gözləyirlər.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Beyləqanın icra başçısı kollektivə təqdim olunub

Ən çox oxunanalar