Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində sakinlərlə növbəti səyyar görüş Bayramlı qəsəbəsində keçirilib

Qəsəbə sakinləri ilə səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.

Bayramlı qəsəbə klubunda keçirilən səyyar görüşdə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin və Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, dövlət başçısı tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan bəhs edib. Xüsusilə aktual məsələlərdən olan sığortanın əhəmiyyəti və daşınmaz əmlak, həyat sığortasının vacibliyi barədə məlumat verib. Baş verən bədbəxt hadisələrə qarşı vaxtında sığortalanmağın faydalarından danışıb. Son günlərdə qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatından və dağıntılardan kədərləndiyini bildirib, həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyib. Təbii fəlakət nəticəsində həlak olanların arasında Şirvan sakinlərinin və azərbaycanlı tələbələrin də olmasından məyusluğunu ifadə edib.

Bu ağır günlərdə Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyənin yanında olmasını, faciənin fəsadlarının aradan qaldırılmasında və zərəçəkən insanlara yardım olunmasında yaxından iştirak etməsini dövlətlərimiz arasında qardaşlığın bariz nümunəsi olduğunu söyləyib. 2020-ci ildə ölkəmizin çox böyük sınaqlarla üz-üzə qaldığını, eyni vaxtda həm pandemiya ilə, həm də mənfur düşmənlə mübarizə apardığını, hər iki cəbhədə zəfər çaldığını qeyd edib. Dövlət, xalq birliyinin qüdrəti ilə çox böyük hədəflərə nail olunduğunu vurğulayıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. Şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Şirvan şəhərində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını qeyd edib. Sonra Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək peşə təhsilinə diqqətin artırılması, nüfuzunun qaldırılması, faydaları, peşə təhsili insanlar üçün geniş imkanların yaradılması, qısamüddətli peşə kurslarının fəaliyyəti və yüksək peşə təhsili üzrə kadrların hazırlanması, onların məşğulluğunun təminatı barədə məlumat verib. Müasir dövrdə əmək bazarının inkişaf xüsusiyyətlərinə uyğun olaraq, onun peşə ixtisasına, peşə biliklərinə malik şəxslərlə təmin edilməsinin kifayət qədər aktuallıq kəsb etdiyini vurğulayıb. Orta məktəblərdə şagirdlərə peşə təhsilinin istiqamətləri haqqında geniş məlumat verilməsini, ilkin bilik və bacarıqların aşılanmasını tövsiyə edib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Poliqon.info

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Paşinyan parlamentdə danışdı: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"    

Ən çox oxunanalar