Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisidə görüşməsi vacibdir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Baş nazir İrakli Qaribaşvili ilə görüşünün detallarını açıqlayıb...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Toivo Klaar Gürcüstanın İctimai kanalına açıqlamasında İrakli Qaribaşvili ilə Gürcüstanın AzərbaycanErmənistan arasında vasitəçilik səylərini müzakirə etdiyini bildirib.

Klaar Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlığın daha da artacağına ümidvar olduğunu qeyd edib. Əlavə edib ki, bölgədə sülhün əldə edilməsi üçün hər üç ölkənin birgə səy göstərməsi vacibdir.

"Cənubi Qafqazın üç ölkəsinin birlikdə işləməsi və sülhü təşviq etməsi çox vacibdir və burada AzərbaycanErmənistan arasında körpü rolu oynayan Gürcüstan çox önəmlidir. Baş nazir və mən bu məqsədlə atılmış addımları müzakirə etdik və mən ümid edirəm ki, gələcəkdə bu istiqamətdə Aİ ilə Gürcüstan, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında daha çox əməkdaşlıq olacaq”, - deyə xüsusi nümayəndə bildirib.

Toivo Klaar Tbilisidə AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin vacib olduğunu, Gürcüstanın hələ də müxtəlif formatlarda yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcəyini deyib. Əlavə edib ki, eyni məkanda yerləşən hər üç ölkə nəqliyyat, enerji, ətraf mühitin mühafizəsi kimi digər sahələrdə əməkdaşlıq etməyə çalışmalıdırlar.

“Mən bunun üçün həm indi, həm də gələcəkdə böyük potensial görürəm”, - Klaar bildirib.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar