Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyanın müdafiə naziri: Ukrayna 100-dən çox “Leopard” 1A5 tankı alacaq…

Ümumilikdə Almaniya Federal Təhlükəsizlik Şurası alman hərbi şirkətlərinə Ukrayna üçün 178 “Leopard” 1A5 əsas döyüş tankı ixrac etmək üçün lisenziya verib…

Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius bildirib ki, Avropa ölkələri Ukraynaya 100-dən çox “Leopard” 1A5 tankı verməyi planlaşdırır.

Poliqon.info xəbər verir ki, bu barədə Almaniyanın Sueddeutsche nəşri məlumat yayıb. Bildirilir ki, Boris Pistorius bunu Kiyevə səfəri zamanı Ukraynaya tankların çatdırılması ilə bağlı sualı cavablandırarkən bildirib.

Pistoriusun sözlərinə görə, “Leopard” 1A5 mərhələli şəkildə çatdırılacaq. Yaya qədər 20-25 tank, ilin sonuna qədər isə 80-ə qədər tank Ukraynaya təhvil verilməlidir. Məqsəd 2024-cü ilin birinci və ya ikinci rübünə qədər Ukraynanın 100-dən çox tanka sahib olmaqdır.

Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Danimarka və Hollandiya da öz ehtiyatlarından “Leopard” 1A5 tanklarının təhvil verilməsində iştirak etmək istəyir və Belçika da bu məsələni nəzərdən keçirir.

Federal Təhlükəsizlik Şurası alman hərbi şirkətlərinə 178-ə qədər “Leopard” 1A5 əsas döyüş tankını Ukraynaya ixrac etmək üçün lisenziya verib. Faktiki olaraq yaxın zamanda neçə əsas döyüş tankının çatdırılacağı təmir işindən asılıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar