Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Elit star" Cəmilə həmkarlarını rüsvay etdi - Video

"Bəsdir, efirə çıxıb, pul diləndiniz. Camaatın sizə borcu yoxdur! Toylara gedirsiniz. Nə edirsiniz qazandığınız o pulları? O pulları üst-üstə yığıb nə etmisiniz? Bəlkə də axtarıb, araşdırsan qohumlarının adlarına evlər, avtomobillər var. 35-40, bəlkədə 50 ildir ki, toylara gedirlər. Haradadır oradan qazandığınız o pullar? Necə efirə çıxıb, insanlardan pul dilənmək olar?"  

PİA.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri "Elit star" ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi ictimai-sosial verilişlərə yardım üçün pənah gətirən məşhurları hədəf alıb, onları bu əməllərinə görə qınayıb:

"Sosial verilişlərə məşhurlar yox, sıravi vətəndaşlar çıxmalıdır. Onlara isə biz məşhurlar kömək etməliyik. Nəyiniz var satın, özünüzü müalicə edin. Allah ömür versin, işləyərsiniz, yenə alarsınız. Sənət adamlarının çıxıb efirdə pul istəyib, ağlaması düzgün deyil. Sizin altınızda 200-300 min manatlıq avtomobilləriniz var. Onları satıb, özünüzü müalicə edə bilərsiniz. İllərdir ki, oxuyursunuz, bəs siz hansı vətəndaşa bu illər ərzində kömək etmisiniz? Zamanında əliniz pulla oynayan vaxtında insanlara kömək etmək lazımdır ki, Allah da sizi heç kimə möhtac etməsin". 

Cəmilə passiv həyat tərzi sürən həmkarlarını məsxərəyə qoyub, onları "inqubator toyuqları" adlandırıb:

"Toyda yeyirlər, qaçırlar evə. Evdən də çıxıb avtomobillə gedirlər toya. Bir insan ki, piyada gəzmir, "inqubator toyuq" olur... Bunlar o qədər evdə qalıb, avtomobillə gedib-gəlib kökəlirlər ki, sonra da içlərində başlayır xəstəliklər yaranmağa".  

pia.az 


Etiket: Cəmilə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar