Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Norveç rəsmiləri Quranın yandırılması aksiyasını qadağan etdi

İdarədən bildiriblər ki, “belə davranış yolverilməzdir”...

Norveç hakimiyyəti Quranın yandırılması ilə bağlı krallıqda cümə günü keçirilməsi planlaşdırılan aksiyanı qadağan edib.

Bu barədə cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada gənclərlə görüşündə bildirib.

"Sabah Norveçdə müqəddəs kitabımız Qurana qarşı yönəlmiş aksiya ilə bağlı məlumat aldıqdan sonra Norveçin Ankaradakı səfirini nazirliyə çağırdıq. Onlar (Norveç hakimiyyəti) aksiya keçirmək üçün icazəni ləğv etdilər". - türkiyəli nazir bildirib.

Bundan əvvəl Norveçin Ankaradakı səfiri Erlinq Skonsberqin cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığı və Türkiyənin Oslodakı səfirliyində Quranı yandırmaq üçün planlaşdırılan aksiyaya görə ona etiraz edildiyi bildirilmişdi. Ona həmçinin bildirilib ki, Ankara “Norveç hakimiyyətinin bu aksiyaya qadağa qoymasını gözləyir”.

Türkiyə Xarici İşlər Nazirliyi də öz növbəsində “nifrət cinayəti sayılan bu cür təxribatçı hərəkətin qarşısını almayan Norveç hakimiyyətinin yanaşmasını pisləyib və qəti etirazını bildirib”. İdarədən bildiriblər ki, “belə davranış yolverilməzdir”.(unikal)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar