Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik... - BQXK-nın Xankəndi təşkilatı niyə İrəvana bağlıdır?

Xankəndində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatın Ermənistan nümayəndəliyinə bağlı olması Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deyilmi?..

Siyasi-şərhçi: “Xankəndində fəaliyyət göstərən BQXK təşkilatın Ermənistan nümayəndəliyinə bağlı olması beynəlxalq qanunlara ziddir”.

“Hazırda Qarabağdan erməni xəstələrin İrəvana aparılması prosesində əsas işi Beynəlxalq Qırmızı Xaç Komitəsi həyata keçirir və bütun bunlar nəzarətsiz baş verir. Ehtimal olunur ki, Xankəndidə “ağır xəstə” olması barədə saxta arayış alıb, BQXK-nın maşını ilə İrəvana gedənlər və yaxud ordan Xankəndiyə gələnlər var”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Xankəndində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi təşkilatının Ermənistan nümayəndəliyinin bağlı olmasını PİA.az-a şərh edərkən qeyd edib.

Xankəndində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsi təşkilatın Ermənistan nümayəndəliyini bağlıdır. Təşkilatın nizamnaməsinə və beynəlxalq qanuna görə BQXK fəaliyyət göstərdiyi ərazinin qanuni hakimiyyətinin nümayəndəliyinə tabe olmalıdır. Öz-özlüyündə bu təşkilat tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmaması kimi dəyərləndirilə bilər və bu elə belədir.

Ümumiyyətlə isə BQXK-nın fəaliyyəti təkcə Azərbaycanda sual doğurmur, eyni zamanda Ukraynada və digər ölkələrdə də çoxlu suallar yaradır.

Bəs Xankəndində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatın Ermənistan nümayəndəliyinə bağlı olmasını necə dəyərləndirmək olar? BQXK-nın Qarabağdakı fəaliyyəti bu baxımdan nə qədər qanunidir?

Mövzunu PİA.az-ın əməkdaşı PİA.az-ın əməkdaşı Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Çox təəssüf ki, hazırda Rusiya sülhməramlıların bir tərəfli mövqeyi və öz vəzifələrini yerinə yetirməməsi bütün bunların baş verməsinə şərait yaradıb”.

Bu məsələdə Azərbaycan hakimiyyətinin daha qətiyyətli addımlar atmalı olduğunu düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, BQXK-nın Baş ofisinə ciddi xəbərdarlıqlar edilməli və lazım gələrsə, onların qanunsuz fəaliyyətinin qarşısı alınmalıdır. Həmçinin Kamran Məmmədli hesab edir ki. baş verənlərlə bağlı Rusiya sülhməramlılarının da günahları var. Çünki onlar da Qarabağla bağlı əsas məsələləri Bakıya deyil, İrəvana bağlayırlar:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi nizamnaməsinin gərəyi olaraq onlar xidmət göstərdiyi ərazilərdə oranın qanuni hakimiyyətinə tabe olmalıdır. Xankəndində fəaliyyət göstərən BQXK təşkilatın Ermənistan nümayəndəliyinə bağlı olması isə beynəlxalq qanunlara ziddir. Həm də paralel olaraq bu BQXK tərəfindən Azərbaycanın suverenliyinin pozulması anlamına gəlir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu beynəlxalq səviyyədə tanınır. Ona görə də Xankəndində fəaliyyət göstərən Qırmızı Xaç nümayəndələrinin bu davranışları qəbul edilməzdir. Bütün hallarda Azərbaycan tərəfi buna ən kəskin şəkildə etiraz etməlidir. BQXK-nın Baş ofisinə bu məsələ ilə bağlı ciddi xəbərdarlıqlar edilməli və lazım gələrsə, onların qanunsuz fəaliyyətinin qarşısı alınmalıdır.

Mən hesab edirəm ki. bu məsələdə Rusiya sülhməramlılarının da məsuliyyəti var. Yəni baş verənlərlə bağlı Rusiya sülhməramlılarının da günahları var. Çünki onlar da Qarabağla bağlı əsas məsələləri Bakıya deyil, İrəvana bağlayırlar. Hesab edirəm ki. bu yolverilməzdir və Qarabağla bağlı hər bir məsələ ilə bağlı sülhməramlılar ilk növbədə rəsmi Bakıya müraciət etməlidir.

Çox təəssüf ki, hazırda Rusiya sülhməramlıların bir tərəfli mövqeyi və öz vəzifələrini yerinə yetirməməsi bütün bunların baş verməsinə şərait yaradıb.

Hazırda Qarabağdan erməni xəstələrin İrəvana aparılması prosesində də əsas işi Beynəlxalq Qırmızı Xaç Komitəsi həyata keçirir və bütun bunlar nəzarətsiz baş verir. Ehtimal olunur ki, Xankəndidə “ağır xəstə” olması barədə saxta arayış alıb, BQXK-nın maşını ilə İrəvana gedənlər və yaxud ordan Xankəndiyə gələnlər var. Hətta BQXK-nin rüşvət alaraq müəyyən geyri qanuni daşınmalar etməsi barədədə məlumatlar var .

Kamran Məmmədli: “Açığı desək, Azərbaycanın ərazi bütövlyünə təkcə BQXK hörmətsiz yanaşmır. Eyni yanaşmanı, bəlkə də daha pis hörmətsizliyi Rusiya sülhməramlıları həyata keçirir”.

Hesab edirəm ki, tədricən bütün bunların nəzarət edilməsinə sülhməramlılarla yanaşı Azərbaycan höküməti də iştirak etməlidir. Zatən artıq 46 gündür davam edən ekoloqlarımızın etirazlarıda məhz buna hesablanıb və əsas tələblərdən biri də budur.

Bildiyiniz kimi tələblərdən biridə Azərbaycanın suveren torpaqlarında bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır. Lakin bütün bu tələblərə baxmayaraq Rus sülhməramlıları hələdə qanunsuz olaraq Azərbaycanın haqlı tələblərini görməməzklikdən gəlir.

Açığı desək, Azərbaycanın ərazi bütövlyünə təkcə BQXK hörmətsiz yanaşmır. Eyni yanaşmanı, bəlkə də daha pis hörmətsizliyi Rusiya sülhməramlıları həyata keçirir. Belə olmasaydı, 45 gün müddətində ekoaktivistlərin haqlı və qanuni tələbləri yerinə yetirilər və insanlar da inciməzdi.

Fikrimcə yaxın zamanda, Azərbaycan hakimiyyəti daha qətiyyətli addımlar atmalıdır. Rus sülhməramlılarına bu məsələdə ciddi xəbərdarlıqlar edilməli və lazım gələrsə, Ermənistanın bu qanunsuz fəaliyyətini əsas gətirərək güc strukturlarımız sivil qaydada Xankəndiyə daxil olaraq nəzarəti ələ keçirməlidir. Buna görə nə Rusiya, nə də Qərb bizə hüquqi baxımdan heçnə deyə bilməz. Xankəndi həm Rusiya tərəfindən, həmdə Beynəlxalq aləm tərəfindən Azərbaycanın ərazisi sayılır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Xankəndi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar