Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu vurğulayıb. Dövlətimizin başçısı ötən müddət ərzində iki ölkə arasında diplomatik əlaqələrin zəngin tarixinin olduğunu diqqətə çatdırıb.

Azərbaycan Prezidenti qarşıdakı dövrün ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlıq baxımından daha da səmərəli olacağına ümidvarlığını ifadə edib.

Səfir ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Fransaya səfərini xatırlayıb, ölkəmizdə səfir kimi fəaliyyəti dövründə Azərbaycan ilə Fransa arasında münasibətlərin inkişafına töhfə vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı regional məsələlərə də toxunulub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin bu yol ilə hər iki istiqamətdə keçidi təmin olunub.

Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev səfirə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə uğurlar arzulayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edib.

PİA.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar