Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkin Qədirli saxta yolla seçilibsə, Milli Məclisdə oturmamalıdır

YAP-dan Erkin Qədirliyə cavab...

“Erkin Qədirlinin Milli Məclisə keçirilmiş seçkilərin demokratik olmaması ilə bağlı fikiri tamamilə yanlış və reallıqdan uzaqdır. Erkin Qədirli bu məsələ barəsində ancaq özü haqqında fikir söyləyə bilər. Lakin hesab edirəm ki, onun bütün Parlamentin adından danışmaq və ölkədə keçirilmiş seçkilərə kölgə gətirmək cəhdi radikal müxalif düşüncəsindən irəli gəlir”.

Bunu Pravda.az-a açıqlamasında deputat, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Azər Badamov bildirib.

“Erkin Qədirlinin qeyd etdiyi kimi o, əyri yollarla seçilibsə, onun dairəsində keçirilmiş seçkinin nəticələrinin yenidən araşdırılmalı olduğu qənaətindəyəm. Qeyd etmək istəyirəm ki, Milli Məclisə seçkilər demokratik şəraitdə keçirilmiş və seçkidə iştirak edən beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir. Həm də seçkilər zamanı Exit-poll müstəqil müşahidə qrupu tərəfindən keçirilən monitorinqlər də seçkinin nəticələrinə uyğun olmuşdur. Hesab edirəm ki, Erkin Qədirlinin radikal müxalif yanaşması Milli Məclisə keçirilən seçkilərə kölgə sala bilməz və demokratik yolla seçilmiş Parlamentimizə heç bir aidiyyatı yoxdur. O, saxta yolla seçilmişdirsə və onu etiraf edərək düzlükdən danışırsa, özündə cürət tapıb Parlamentdə oturmamalı və Parlamentin imtiyazlarından istifadə etməməli idi”, - A.Badamov qeyd edib.

pia.az


Etiket: YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar