Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda 157 nəfər donaraq ölüb

75 mindən çox mal-qara tələf olub...

Əfqanıstan son illərin ən soyuq qışını yaşayır. Ölkədə son iki həftədə artan əlverişsiz hava şəraiti səbəbindən 157 nəfər donaraq ölüb.

Havanın temperaturu gecə saatlarında paytaxt Kabildə 10 dərəcəyə, bəzi bölgələrdə isə 30 dərəcəyə enib.

Taliban” müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı açıqlama verərək ən çox insan itkisinin Qor, Bədəhşan, Paktika və Paktiya əyalətlərində olduğunu deyib.

75 mindən çox mal-qara tələf olub.

Əfqanıstan Meteorologiya İnstitutu isə bu il qışda temperaturun keçən ilə nisbətən iki dəfə soyuq olduğunu və ən şiddətli soyuğun Qor vilayətində yaşandığını qeyd edib.

Herat vilayətində qış mövsümü başlayandan bu yana küçələrdə yaşayan 45 narkotik istifadəçisi donaraq ölüb.

Əfqanıstanda iqtisadi böhran səbəbindən qışda odun və kömür ala bilməyən böyük aztəminatlı insan qrupu var. Bundan əlavə, kənd yerlərində rəsmi qeydiyyatın aparılmaması da analoji itkilərin daha çox olması ehtimalını artırır.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, ölkə əhalisinin demək olar ki, üçdə ikisini təşkil edən 28 milyon insanın təcili yardıma ehtiyacı var. (TRT Haber)

pia.az


Etiket: Əfqanıstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

İsrail hökuməti Beyrutdakı partlayışa görə təcili toplanıb

Ən çox oxunanalar