Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada artıq vəzifəli şəxslər gəlir bəyannamələri verməyəcəklər…

Deputatların ardınca Kreml də gəlir bəyannamələrinin dərcini dayandıracaq…

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın “Ведомости” qəzeti Prezident Administrasiyasındakı mənbəyə və hökumətdəki həmsöhbətinə istinadən məlumat yayıb.

Prezident administrasiyası və hökumət məmurlarının gəlir bəyannaməsi “ümumiləşdirilmiş formada” dərc olunacaq”, deyə mənbə qəzetə bildirib.

Digər hökumət rəsmisi xatırladıb ki, 2022-ci il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin gəlir və əmlak haqqında məlumatların dərc edilməməsinə icazə verən fərman imzalayıb. Fərmanda hərbi əməliyyatın müddəti qeyd olunsa da, bunun yalnız döyüş əməliyyatları ilə əlaqəli olanlara, yoxsa bütün məmurlara şamil edilib-edilmədiyi deyilmir.

“Ведомости” nin prezident administrasiyasındakı mənbəsi bildirib ki, Kreml rəsmilərinin bəyannamələri deputatların və senatorların bəyanatları birləşdirilərk “ümumiləşdirilmiş formada” dərc olunacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Ведомости”nin məlumatını hələlik şərh etməyib.

Qeyd edək ki, yanvarın 24-də Dövlət Duması Dövlət Dumasının deputatları və senatorlarının şəxsi məlumatları olmadan gəlir və əmlak bəyannamələrinin dərcinə icazə verən qanun layihəsini ikinci oxunuşda qəbul edib. Dəyişikliklərin müəllifləri parlamentarilərin şəxsi məlumatlarının dərc edilməməsini, yalnız bəyannamələrin verilməsi və onların qanunvericiliyə uyğunluğu ilə bağlı ümumi statistikanın yerləşdirilməsini təklif edirlər.

Qanun layihəsinin müəlliflərindən biri, deputat Pavel Kraşeninnikovun sözlərinə görə, dəyişikliklərin edilməsinə səbəb “iş adamlarının və ya ictimai fəalların” dövlət orqanlarına seçilmək istəməməsi olub. “Kimsə gəlirini göstərmək istəmir”, deyə deputat bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar