Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rayonlarda hər 10 evdən 9-da narkotik problemi var" - Deputat

Rayonda yaşayan gənclərlə daha sıx iş görülməlidir...

“Rayonlarda savadsız və təhsilsiz gənclər kütləsi var. Həmin kütlə axını da şəhərə gəlir. Burada fəhlə işində çalışırlar və aldıqları pul da onları qane etmir. Həmin gənclər sonra yenidən rayona qayıdaraq özlərini tapa bilmirlər. Təhsili olmayan cavanlar üçün rayonlarda məşğulluq proqramı lazımdır. Zavod və ya fabriklərə cəlb olunaraq işlə təmin edilməsi yaxşı olardı”.

Bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.

Deputat bildirib ki, rayonlar gözdən kənar olduğundan ora üçün qəbul edilən qərarların icrası mexanizminə nəzarət zəif qalır: “Gənclər və İdman Nazirliyi şəhərdə olduğundan tapşırıqlarını verir. Həmin işlərə ciddi nəzarət mexanizmi olmalıdır. Müşahidələrim onu deməyə əsas verir ki, rayonlarda nəyəsə və ya hesabata xatir görülən işlər həddindən artıq çoxdur. Həqiqi işlərə can qoymaq, lazımi dərəcədə yerinə yetirmək, kadr siyasəti rayonlarda böyük problemdir. Rayonda yaşayan gənclərlə daha sıx iş görülməlidir”.

“Regionlarda narkotik problemi bu gün əsasdır. Belə ki, bu məsələni tək Daxili İşlər Nazirliyinin öhdəsinə buraxa bilmərik. Qeyri-hökumət təşkilatları və ictimai birliklər tədbirlər keçirsələr də, ciddi nəticəsini görmürəm. Bu böyük fəlakətdir. Çünki rayonlarda hər 10 evdən 9-da narkotik problemi var. Bu genofondun məhvi deməkdir”- J.Əhmədova əlavə edib.(unikal)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar