Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İspaniyada ukraynalı qaçqınları ağır şəraitdə işlədən cinayətkar qrup ifşa edilib

İspaniyada polis qanunsuz siqaret fabriklərində ukraynalı qaçqınları istismar edən və külli miqdarda tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib...

Bu barədə “Report” “n-tv.de”yə istinadən xəbər verir.

İspaniyanın mülki polisi külli miqdarda siqaret istehsalı və tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərini saxlayıb. Məlum olub ki, fabriklərdə ukraynalı qaçqınlar qeyri-insani şəraitdə işçi kimi istismar ediliblər.

“Europol”un da iştirak etdiyi istintaq zamanı İspaniyanın müxtəlif bölgələrində 27 nəfər həbs edilib. Bundan başqa, ümumilikdə 37,5 milyon avro dəyərində olan 10 ton tütün yarpağı və 3,5 milyon siqaret qutusu müsadirə edilib.

Bildirilib ki, Rusiyanın işğalçı müharibəsi səbəbindən Ukraynadan qaçan və sığınacaqlarda saxlanılan ukraynalı qaçqınlar qeyri-qanuni fəaliyyət göstərən üç tütün fabrikində işlədiliblər. Onların fabrik ərazisini tərk etmələrinə icazə verilməyib və son dərəcə ağır şəraitdə işlədiliblər.

pia.az


Etiket: qaçqın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar