Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manipulyasiya cəhdi: “Sülh quşu”na çevrilən Paşinyanın riyakarlığı...

Paşinyan deyib ki, Ermənistan Praqa bəyanatı əsasında sülh prosesinə hazırdır...

Politoloq: “Onun “Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya ölkələri qəbul edir”, deməsi, indi də sülhə hazır olmasından danışması onu göstərir ki, Paşinyan çıxılmaz vəziyyətdə qalıb”.

“Paşinyan Azərbaycanı günahkar göstərməyə çalışmaqla özünü “sülhpərvər” kimi qələmə vermək istəyir. Amma bu, yeni oyunun tərkib hissəsidir”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanın baş nazirinin parlamentdəki çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Paşinyan dünən parlamentdəki çıxışı zamanı Azərbaycana qarşı əsasız və riyakarcasına ittihamlar sürərək Bakının sülh prosesini pozmağa çalışdığını vurğulayaraq bildirib ki, Ermənistan Praqa bəyanatı əsasında sülh prosesinə hazırdır. Halbuki Ermənistandan son iki ayda demək olar ki, sülhlə bağlı mesajlar verilmirdi və rəsmi İrəvan fakitiki olaraq danışıqlardan imtina edirdi.

İndi Paşinyanın yenidən sülhpərvər olmasını və Praqa bəyannaməsi əsasında sülhə hazır olması nədən xəbər verir? Ermənistan artıq Qarabağın status məsələsi olmadan sülh danışıqlarına getməyə hazırdır, yoxsa yenidən manipulyasiya ilə məşğuldur?

Paşinyanın sülh müqaviləsi ilə bağlı yeni manipulyasiya cəhdlərini PİA.az-ın əməkdaşı politoloq Azər Qasımovla müzakirə edib.

Azər Qasımov: “Müharibədən sonrakı iki il ərzində hər ilin sonunda sülh müqaviləsindən qaçan Ermənistan rəhbəri hər ilin əvvəlində yenidən sülh quşuna çevrilir və eyni oyunu oynamağa başlayır”.

Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolunun olmadığını yaxşı başa düşdüyünü vurğulayan politoloq PİA.az-a bildirib ki, Ermənistanın baş naziri tarixə ermənilərin bütün arzu və ümidlərinin üstündən xətt çəkən dövlət başçısı kimi düşmək istəmir:

“Praqa sammiti çərçivəsində AzərbaycanErmənistan arasında qəbul edilən bəyannamədə bir-birilərinin ərazi bütövlüyünü tanıdıqlarını qeyd edən tərəflərin aralarında sülh müqaviləsi bağlayacağına ümidlə yanaşılırdı. Sonrakı dövrdə Fransa prezidenti Makronun anti-Azərbaycan çıxışları və Paşinyanın yenidən Qarabağ ermənilərinin statusu məsələsindən söz açması sülh müqaviləsinin mümkün olmadığını göstərdi.

İlin sonuna kimi baş verən proseslərdə BMT-də Fransanın Azərbaycan əleyhinə çıxarmağa çalışdığı qətnamənin mümkün olmaması, tam əks effekt alınması və ilin əvvəlində isə Fransanın siyasətində Azərbaycan meylli fikirlərin söylənilməsi faktı hesab edirəm ki, Paşinyanın ümidlərini heçə endirdi. Onun “Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya ölkələri qəbul edir”- deməsi, indi də sülhə hazır olmasından danışması onu göstərir ki, Paşinyan çıxılmaz vəziyyətdə qalıb. Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolunun olmadığını yaxşı başa düşür. Amma tarixə də ermənilərin bütün arzu və ümidlərinin üstündən xətt çəkən dövlət başçısı kimi düşmək istəmir.

Təbii ki, Paşinyan Azərbaycanı günahkar göstərməyə çalışmaqla özünü “sülhpərvər” kimi qələmə vermək istəyir. Amma bu, yeni oyunun tərkib hissəsidir. Məsələ ondadır ki, Avropa İttifaqının iki yüz nəfərlik yeni monitorinq qrupu iki illiyinə Azərbaycan-Ermənistan sərhəddində fəaliyyətə başlayır. Amma buna Azərbaycan tərəfi razılıq verməyib.

Azər Qasımov: “KTMT-dən istədiyini ala bilməyən Paşinyan Aİ-nın missiyasını oyunları üçün qalxan kimi istifadə edəcək”.

Müharibədən sonrakı iki il ərzində hər ilin sonunda sülh müqaviləsindən qaçan Ermənistan rəhbəri hər ilin əvvəlində yenidən sülh quşuna çevrilir və eyni oyunu oynamağa başlayır. Məqsəd vaxt qazanmaqdır. Aİ-nın mülki missiyası isə bunun üçün yaxşı örtükdür. KTMT-dən istədiyini ala bilməyən Paşinyan Aİ-nın bu missiyasını oyunları üçün qalxan kimi istifadə edəcək. Arxayın olacaq ki, Azərbaycan bu oyunlara görə onu cəzalandırmağa cəhd etməyəcək, çünki sərhəddə monitorinq qrupu olacaq.

Əslində, belə fikirləşməyə müəyyən əsaslar da vardır, çünki iki aylıq müvəqqəti missiya dövründə sərhəddə insidentlər qeydə alınmamışdır.

Amma bir şeydə yanılır ki, keçən missiya Azərbaycanın razılığı ilə gəlmişdi, bu isə yox. İnsident yaranmamışdısa, bu, Azərbaycanın fəaliyyətinin, ermənilərin təhriklərinə göz yummasının nəticəsi idi. İndi bu təhriklərə göz yumacağı şübhə altında olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Paşinyan Sülh


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar