Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda "Qana dönən qərənfillər" adlı tamaşanın təqdimatı keçirilib

Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi ehtiramla yad edilir...

Şirvan şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir, Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Yanvarın 18-də Şirvan şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan, rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Qana dönən qərənfillər" adlı tamaşanın təqdimatı keçirilib.

1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə Sovet Qoşunlarının Bakıya girməsi və dinc əhalini qətlə yetirməsi nəticəsində Azərbaycan tarixinin qanlı səhifələrinə yazılan 20 Yanvar faciəsinin mahiyyəti və buna zəmin yaradan hadisələri əks etdirən tamaşa zalda əyləşənlər tərəfindən maraqla izlənilib və dərin təəssüratlar yaradıb.

Sonda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov çıxış edərək, 20 Yanvar faciəsinin müstəqillik tariximizin unudulmaz səhifəsinə çevrildiyini, dövlətimizin və xalqımızın 20 Yanvar şəhidlərinin xatirəsini həmişə uca tutduğunu, hər il Ümumxalq Hüzn günündə müqəddəs Şəhidlər Xiyabanına minlərlə soydaşımızın axın etdiyini və böyük izdihamla onları yad etdiyini diqqətə çatdırıblar. 33 il öncə xalqımızın yaşadığı Qanlı Yanvar faciəsinin hər il yeni ssenarilərlə səhnələşdirilməsinin vacibliyini qeyd ediblər. Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və tariximizin öyrənilməsi baxımından bu cür tədbirlərin xüsusi əhəmiyyətini vurğulayıblar. "Qana dönən qərənfillər" tamaşasının hazırlanmasında əməyi olan yaradıcı kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Ən çox oxunanalar