Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasamalda narkotik satan 14 nəfər saxlanılıb

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir...

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi şöbə və bölmələri tərəfindən ilin əvvəlindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda - 7 kiloqrama yaxın heroin, eləcə də digər növdən olan narkotik vasitə və psixotrop maddə olan metamfetamin çıxarılıb.

Saxlanılanlardan 3-ü - Elnur Hüseynov, tanışı Rəhman Hüseynov və Emil Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olublar. Onlar narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiklərini bildiriblər.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Özbəkistan və Almaniya miqrasiya sahəsində saziş imzalayıblar

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar