Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran yeni ilə kütləvi edam qərarları ilə girir - Bu, ölkənin gələcəyinə necə təsir edəcək?

Etirazların hələ də davam etdiyi və kəskin geosiyasi qarşıdurma şəraitində İranın gələcəyi necə görünür?..

Politoloq: “Qərbin fikri İran rejimini dəyişməkdir. Xalqlara azadlıq vermək, İranı parçalamaq deyil”.

İran rejiminin azyaşlı uşaq, yeniyetmə, qadın demədən abstrakt ittihamlarla edama məhkum edilənləri görəndə Əlirza Əllərinin edamını normal qarşılamaq olar”.

Bu sözləri politoloq Azər Qasımov keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərini edam etməsini PİA.az-a şərh edərkən qeyd edib.

İran məhkəməsi 1997-2005-ci illərdə, yəni eks-prezident Məhəmməd Xatəminin prezidentliyi dönəmində müdafiə nazirinin müavini işləmiş Əlirza Əkbəri haqqında ölüm hökmü verib və hökm yerinə yetirilib. Görünən odur ki, Tehran rejmi uzun illər ona xidmət etmiş şəxsləri belə ölüm hökmünə məhkum etməkdən çəkinmir.

Ümumiyyətlə, İrandakı hazırkı vəziyyəti necə xarakterizə etmək olar? Etirazların hələ də davam etdiyi və kəskin geosiyasi qarşıdurma şəraitində İranın gələcəyi necə görünür?

İranda davam edən etirazları və icra olunan edam hökmlərini PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “İran fars-molla rejiminin daxilində cərəyan edən prosesləri xalqların azadlıq mübarizəsi kimi yox, hakimiyyət daxili mübarizənin beynəlxalq güclərlə razılaşdırılması kimi xarakterizə etmək olar”.

İranın gələcəyinin orada yaşayan türklərin istəyindən asılı olmalı olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, belə olacağının mesajları da artıq verilir:

İran rejiminin keçmiş müdafiə nazirinin müavini Əlirza Əkbərini edam etməsini əslində normal qarşılamaq olar. Bu, həqiqətən də sübut edilmiş cinayətin nəticəsidirsə, dövlətə xəyanətdən edam edilməsi təbii haldır. Qeyd edildiyi kimi Əlirza Əkbəri vəzifədə olarkən İngilis kəşfiyyatına casusluq fəaliyyəti ilə məşğul olub, sonra vəzifədən gedəndən sonra Böyük Britaniya vətəndaşı olub, buna baxmayaraq dəfələrlə İrana rahat şəkildə gəlib-gedib. Sonra isə cəsus fəaliyyəti ifşa edilib və İrana növbəti səfərlərdən birində həbs edilib, sonra da edam edilib.

Uzun illər Tehran rejiminə xidmət etmək belə onu edamdan xilas etməyib ki, bunu gözləmək belə sadəlövhlük olardı. Bunu ona görə deyirəm ki, İran rejiminin azyaşlı uşaq, yeniyetmə, qadın demədən abstrakt ittihamlarla edama məhkum edilənləri görəndə Əlirza Əllərinin edamını normal qarşılamaq olar.

İran fars rejiminin daxilində cərəyan edən prosesləri xalqların azadlıq mübarizəsi kimi yox, hakimiyyət daxili mübarizənin beynəlxalq güclərlə razılaşdırılması kimi xarakterizə etmək olar. Bu, özünü Cənubi Azərbaycan liderlərinin Amerikaya dəvət edilib, orda aparılan danışıqlarda iştirakları da göstərir.

Azər Qasımov: “Etirazlar davam etsə də, səngidiyi hiss edilir. Bu məsələyə Azərbaycan və Türkiyə ciddi şəkildə qarışmasa, proses ciddi nəticə verməyəcək”.

Qərbin fikri İran rejimini dəyişməkdir. Xalqlara azadlıq vermək, İranı parçalamaq deyil. Hətta keçmiş sülalə hakimiyyəti olan Pəhləvilərin davamçılarının adları yenidən İran hakimiyyəti üçün hallanır.

Etirazlar davam etsə də, səngidiyi hiss edilir. Bu məsələyə Azərbaycan və Türkiyə ciddi şəkildə qarışmasa, proses ciddi nəticə verməyəcək. Amma bizlər də ciddi vədlər almalıyıq ki, Cənubi Azərbaycan müstəqil dövlət olacaq. Türkiyəyə dəvət edilən türk Qacar nəslindən olan vəliəhdin gəlişi proseslərdə Türkiyənin də öz planları olduğunu isbat edir.

Bir daha demək istəyirəm ki, İranın gələcəyi orada yaşayan türklərin istəyindən asılı olmalıdır və belə olacağının mesajları da artıq verilir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Edam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar