Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın keçmiş kəşfiyyatçısı Putinin mümkün varisinin adını çəkib

Priqojin Şoyqu və Gerasimovu tənqid etməkdən çəkinmir, həm də hərbi komandanlıq altında işləmək əvəzinə öz xəttini yürüdür…

“Donetsk vilayətində Baxmut və Soledar yaxınlığındakı döyüş əməliyyatlarında muzdluları fəal iştirak edən “Vaqner”in kuratoru və təsisçisi Yevgeni Priqojin Rusiya prezidentliyinə namizəd olmaq qərarına gəlsə, Vladimir Putin varisi ola bilər”.

PİA.az xəbər verir ki, bu fikri Britaniyanın keçmiş hərbi kəşfiyyatçısı Filip İnqram Sky News-a şərhində səsləndirib.

Rusiya ordusundakı kadr dəyişikliyi və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Qoşun Qruplaşmasının komandanı vəzifəsinə təyin edilməsini şərh edən Filip İnqram belə bir addımı Putinin Ukraynadakı hərbi qüvvələri gücləndirmək cəhdi adlandırıb. Bu cəbhədə Müdafiə Nazirliyinin komandanlığı altında işləmək əvəzinə özünəməxsus şəkildə hərəkət edən Priqojinin ordudaki təsirini azaldır.

Keçmiş kəşfiyyatçı “Vaqneritlər”in kuratorunu “qaranlıq at” adlandırıb və onun muzdlularının Baxmut və Soledar istiqamətində bütün döyüşlərdə iştirak etdiyini qeyd edib.

“Priqojin Gerasimov və Şoyqunu tənqid etməkdən çəkinmir, həmçinin Putinlə birbaşa əlaqəsi var”, deyə kəşfiyyatçı əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı politoloq Stanislav Belkovski Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Putinin varisi olmaq şansının yüksək olduğunu bildirmişdi.

Öz növbəsində, rusiyalı müxalifətçi və Putinin sabiq baş naziri Mixail Kasyanov hesab edir ki, Putinin varisi ya Ftx nümayəndəsi, ya da tamamilə bu xüsusi xidmətin nəzarətində olan şəxs olacaq.

pia.az


Etiket: Putin Priqojin Varis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ən çox oxunanalar