Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uralda anasını öldürən “vaqnerçini” fəxri qarovulla dəfn ediblər

Sverdlovsk vilayəti Serov şəhərində Ukrayna müharibəsində öldürülən və anasının qətlinə görə əvvəllər koloniyada cəza çəkən 46 yaşlı “vaqnerçi” Sergey Molodtsov təntənəli şəkildə dəfn edilib...

PİA.az xəbər verir ki, bu barədə yerli E1.ru portalı məlumat yayıb.

Molodtsov yanvarın 5-də fəxri qarovul dəstəsinin müşaiyyəti ilə dəfn edilib. E1.ru qeyd edir ki, onun tabutu hərbçilərin çiynində son mənzilə yola salınıb və veteranlar vida mərasimində çıxış edərək “Sergeyə cəsarətinə və qəhrəmanlığına görə təşəkkür ediblər”.

Serov şəhər dairəsinin meri Vasili Sizikovun sözlərinə görə, Molodtsov koloniyada cəza çıkdiyi vaxt “Vaqner qrupu”na qoşulub.

Serov Məhkəməsinin kartotekasına görə, 2017-ci ildə Molodtsov yaşlı anasını qətlə yetirdiyinə görə 11,5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmün mətnindən belə çıxır ki, Molodtsov sərxoş halda anasını döyüb, sonra o, aldığı xəsarətlərdən dünyasını dəyişib. Məhkəmədə o, təqsirini rədd edərək, anasının təsadüfən yıxılaraq öldüyünü iddia edib.

Portal qeyd edir ki, bundan əvvəl Molodtsov artıq Ussuriyskdə eyni maddə ilə mühakimə olunub - o, 9 il həbs cəzasına məhkum edilib, lakin şərti azadlığa buraxılıb.

E1.ru-nun məlumatına görə, 1995-ci ildə Molodtsov Çeçenistanda da xidmət edib.

Ukraynadakı hərbi əməliyyatda iştirak etmək üçün “Vaqner” ÖHŞ-yə rus məhbuslarının cəlb edilməsi ilə bağlı ilk xəbərlər 2022-ci ilin yayında gyayılmağa başlayıb. Sentyabrda internetdə “Vaqner” in qurucusu Yevgeni Priqojinə bənzəyən şəxsin məhbuslara şirkətə qoşulan və Ukraynada hərbi əməliyyatlarda iştirak edənlərin əfv olunacağını söyləyən bir video peyda olub.

“Mediazona”nın hesablamalarına görə, 2022-ci ilin sentyabr və oktyabr aylarında Rusiya islah koloniyalarında məhbusların sayı 23 min nəfər azalıb. Bu, 2015-ci il amnistiya dövründəkindən çoxdur. Nəşr qeyd edib ki, kaloniyalarda məhbusların azalması onların “Vaqner”ə qoşulması ilə bağlıdır.

Xatırlaadq ki, yanvarın 5-də Yevgeni Priqojin “Vaqner” ÖHŞ sıralarında Ukraynada döyüşlərdə iştirak etmiş və altı aylıq müqavilə bağlamış keçmiş məhbusların birinci qrupunun üzərindən bütün məhkumluqlarının götürüldüyünü elan edib. Lakin Rusiya prezidentinin həmin dustaqların əfvi ilə bağlı fərmanı hələ də dərc olunmayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar