Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın mesajları Azərbaycan-Ermənistan münaqişəsinin həllinə yeni yanaşma ortaya qoyurmu?

Ermənistanın baş naziri Azərbaycana və Rusiyaya qarşı bir sıra ittihamlar irəli sürdü...

Politoloq: “Paşinyan bugünkü mətbuat konfransında yeni bir yanaşma ortaya qoymayb və yeni təkliflər, yaxud ideyalar irəli sürməyib”.

Ermənistanın baş naziri “Zəngəzur dəhlizi” ilə əlaqədar yenidən ermənilərin nəzarətində olan tranzit yol məsələsini bir daha vurğulayıb”.

Bu sözləri politoloq Zaur İbrahimli Nikol Paşinyanın mətbuat konfransında “Zəngəzur dəhlizi” ilə bağlı dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı keçirib. Azərbaycana və Rusiyaya qarşı bir sıra ittihamlar irəli sürən Baş nazir həmçinin “Zəngəzur dəhlizi”nin vacibliyini də qeyd edib. Lakin vurğulayıb ki, yolun açılmamasının əsas səbəbkarı Azərbaycandır.

Ermənistanın Baş nazirinin bu günkü açıqlamalarını, xüsusən də “Zəngəzur dəhlizi” ilə bağlı söylədiklərini necə dəyərləndirmək olar? Paşinyanın son açıqlamaları bu problemin və ümumiyyətlə Azərbaycan-Ermənistan münaqişəsinin həllinə yeni yanaşma ortaya qoyurmu?

Ermənistanın baş nazirinin bu gün verdiyi mesajları PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Paşinyan Rusiya ilə Azərbaycanı da üz-üzə qoymağa çalışdı və daha çox Kremli hədəf alır”.

Rəsmi İrəvanın Azərbaycanın Qarbağ bölgəsi və burada yaşayan ermənilərlə bağlı kənarda qalması fikrini formalaşdırma çalışdığını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Ermənistan diplomatiyası bu məsələdə Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşması üçün səy göstərir:

“Paşinyan bugünkü mətbuat konfransında yeni bir yanaşma ortaya qoymayb və yeni təkliflər, yaxud ideyalar irəli sürməyib. Sadəcə olaraq Rusiyanı daha cəsarətlə tənqid edib. Eyni zamanda Azərbaycanın Qarbağ bölgəsi və burada yaşayan ermənilərlə bağlı fikirlərini daha konkret ifadə edib. Paşinyan yenə əvvəlki fikirlərini təkrarlayıb ki, qondarma “Dağlıq Qarabağ xalqı özü qərar verməlidir”.

Bu məkrli yanaşma ilə Paşinyan özünü qətiyyətli qərarlar vermək məsuliyyətindən yayındırır, eyni zamanda “Dağlıq Qarabağ xalqı” ifadəsi işlətməklə Qarabağ ermənilərini müstəqil subyekt kimi təqdim etməyə çalışır. Halbuki, Qarabağda yaşayan ermənilər Ermənistan Respublikası tərəfindən maliyyələşdirilir, bu bölgədki qeyri-qanuni silahlı dəstələr də İrəvan tərəfindən maliyyələşdirilir və təchiz edilir.

Paşinyan bu gün Rusiya ilə Azərbaycanı da üz-üzə qoymağa çalışdı və daha çox Kremli hədəf alır. Azərbaycanın hərbiçilərinin Ermənsitanın suveren ərazilərində yerləşməsi ilə bağlı da yalan iddialar irəli sürür. Azərbaycanın ərazi bütövlüyü İrəvan tərəfindən tanınır, desə də, “Dağlıq Qarabağ xalqı” ifadəsi işlətməklə, guya bu dırnaqsrası xalqın müstəqil seçim hüququ olduğunu və Ermənistanın bunu dəstəkləməsini deməklə ənənəvi erməni diplomatiyası çərçivəsində hərəkət edir.

Zaur İbrahimli: “Paşinyan Rusiyanı hədəf göstərməklə, ölkə daxilində Kremlə qarşı ictimai rəyin güclənməsinə çalışır”.

Ermənistanın baş naziri “Zəngəzur dəhlizi” ilə əlaqədar yenidən ermənilərin nəzarətində olan tranzit yol məsələsini bir daha vurğulayıb. Paşinyanın açıqlamalarının təhlili deməyə əsas verir ki, rəsmi İrəvan Azərbaycanın Qarbağ bölgəsi və burada yaşayan ermənilərlə bağlı kənarda qalması fikrini formalaşdırma çalışır. Həmçinin, bu məsələdə Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşması üçün səy göstərilir.

Eyni zamanda Paşinyan Rusiyanı hədəf göstərməklə, ölkə daxilində Kremlə qarşı ictimai rəyin güclənməsinə çalışır. Paşinyanın bu yanaşması ruslar üçün yeni çağırışlar yaradır. Belə ki, ruslar Qarabağ separatçılarını müdafiə etsələr belə, Paşinyan Moskvanı sərt tənqid etməkdən geri çəkilmir.

Onu da qeyd edim ki, İrəvan açıq şəkildə Qərblə əməkdaşlığın daha məhsuldar və faydalı olduğunu açıq bəyan edir. Rusların Qarabağ separatçıları ilə bağlı ikibaşlı mövqeyi indi onların üçün əsas problemə çevirilib”.

Nərminə UMUDLU
pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Ən çox oxunanalar