Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vatikanda daxili qarşıdurma qızışır - Papa Fransisk mühafizəkarların hədəfində…

Papa gizli planla istefaya getməyə məcbur olacaq. Siyasi sui-qəsd XV Benediktin ölümündən sonra daha da sürətlənib…

PİA.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Telegraph qəzeti məlumat yayıb.

The Telegraph qəzeti Vatikandakı mühafizəkarların “gizli plan”la Papa Fransiski istefaya məcbur etməyə çalışdığına dair iddiaları yayıb. Argentinalı Papaya qarşı kampaniyanın dekabrın 31-də onun sələfinin ölmünün elan edilməsindən bir neçə gün əvvəl başladığı bildirilir.

Papa Fransisk daha əvvəl səhhəti pisləşərsə, istefa verə biləcəyini bildirsə də, XVI Benediktin hələ sağ olması səbəbindən bu, qeyri-real hesab olunurdu. Katolik kilsəsi Vatikanda üç Papanın eyni vaxtda yaşaması kimi unikal vəziyyətə qarşı idi.

Ancaq 2022-ci ilin son günündə Benediktin ölüm xəbəri ilə yanaşı, Papanın homoseksualizm, abort, keşişlərin dini səbəblərlə evlənməməsi və yenidən evlənən cütlüklər, qeyri-qanuni mühacirlərə müsbət münasibəti və antikapitalist ritorikasını ehtiva edən bəyanatlarının yayılmasından sonra mühafizəkarlar narahat olub. Qeyd edilir ki, bu bəyanatlardan sonra mühafizəkarlar gizli planı reallaşdırmaq üçün hərəkətə keçib.

“La Stampa” qəzetinə açıqlama verən italyan kardinal deyib ki, gizli plan müxtəlif oxlar və proseslər üzərində qurulacaq. Məqsəd birdir: Papalıq o qədər stresə salınacaq ki, buna dözməyən Fransisk istefa verməli olacaq.

Papa Fransiskin andiçmə mərasimindən əvvəl istifadə etdiyi Xorxe Mario Berqoglionun adına işarə edən anonim din xadimi, “Fransiskin əleyhdarları artıq azlıqda olduqlarını bilirlər və həm Berqoglionu zəiflətmək, həm də konsensus yaratmaq üçün vaxta ehtiyaclarının olduğunu bilirlər”, deyə bildirib.

Anonim din xadimi opponentlərinin bəzilərinin gizli, bəzilərinin isə açıq şəkildə Papanı tənqid edəcəyini vurğulayıb.

86 yaşlı Roma Papası Fransiski açıq şəkildə tənqid etməyə başlayanlar arasında 19 il XVI Benediktin katibi vəzifəsini icra edən kardinal Georg Gansuen də var. 66 yaşlı alman din xadimi ölkəsinin “Die Tagespost” qəzetinə müsahibə verib. Georg Gansuen bildirib ki, Fransisk “Tridentin” ayininə qarşı şıxması XVI Benediktin ürəyini qırmışdı.

Gansueinin onu daha aşağı rütbəli bir vəzifəyə təyin edən və aralarında heç vaxt etimad mühitinin olmadığını söylədiyi Papa Fransisk haqqındakı tənqidlərini “Yalnız Həqiqət” memuar kitabında izah edəcəyi gözlənilir.

Amerikalı kardinal Raymond Burke və alman kardinal Gerhard Lüdviq Müller də Papa Fransiskə qarşı çıxanlar arasındadır.

Qeyd edək ki, Müllerin dostu olan Papa XVI Benedikt 2013-cü ildə istefa verdiyini elan edərək dünyanı təəccübləndirmişdi.

Vatikan üzrə ekspert Gianluigi Nuzzi “La Stampa” qəzeti üçün yazdığı məqaləsində son vəziyyəti şərh edərkən, “Katolik Kilsəsində bu dəfə ispan ləhcəsi ilə eyni sözləri eşitmək istəyən çoxlu insan var”, deyib.

Alman kardinalı Valter Kasper isə Vatikanda müxalifətin etiraf edib:

“Papa bu missiyanın öhdəliklərini yerinə yetirə bilməsə, istefa verəcək, lakin hələlik o, öz vəzifəsini davam etdirir. Hazırda Papa istefaya hazır deyil. Aydındır ki, mühafizəkar və mütərəqqi kardinallar arasında qarşıdurma var, lakin biz müxtəlif baxış nöqtələri arasında dialoqu davam etdirməliyik”.

Qeyd edək ki, əsl adı Cozef Ratzinger olan XVI Benedikt 19 aprel 2005-ci ildə Papa taxtına oturmuşdu və o, bu taxtda İoann Paveli əvəz etmişdi. 95 yaşında vəfat edən XVI Benedikt 2013-cü il fevralın 28-də Katolik Kilsəsində cinsi istismar qalmaqallarından sonra qocalığını əsas gətirərək istefa vermişdi. Beləliklə, 600 ildən sonra istefa verən ilk Papa olan XVI Benediktin yerinə 13 mart 2013-cü ildə Papa Fransisk keçmişdi.

Papa XVI Benedikt inzivaya çəkilərkən 2013-cü ilin mart ayında Papa Seçkilərində 266-cı Papa seçildi. O zaman argentinalı kardinal Xorxe Mario Berqoqlio Papa seçildi və “Fransisk” adını daşımağa başladı.

Qeyd edək ki, XVI Benedikt Vatikanda “Müqəddəs Mater Ecclesiae” monastırında asket həyat yaşayırdı.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar