Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadın marketdə satıcını döydü

Məhkəmənin hökmü ilə qadına 1 000 manatlıq cərimə cəzası verilib...

Sumqayıt Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Lalə Əliyevanın (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qadına 1 000 manatlıq cərimə cəzası verilib.

İttihama görə, hadisə Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsində yerləşən “Qayalı” marketdə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Lalə Əliyeva iki azyaşlı uşağı ilə birgə həmin marketə gəlib. O, paltarlardan birini almaq istəyən zaman qiymətinin üzərində olmadığını görüb və satıcı Sənəm Həsənovadan (ad-soyad şərti) soruşub.

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsində dediyinə görə, satıcı ona kobud cavab verib. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə Lalə Sənəmi təhqir edərək marketdə olan digər işçilərin, müştərilərin və öz uşaqlarının gözü qarşısında onun sifətinə yumruqla vurub. Daha sonra orada olan şəxslər qadınları ayırıblar.

Sənəm Həsənovanın şikayəti əsasında saxlanılan Lalə Əliyeva barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar