Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Rusiya ilə hər hansı danışıqlardan imtina edir

Ukrayna Təhlükəsizlik Şurası Rusiya ilə hər hansı danışıqlardan imtina etdiyini açıqlayıb…

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib ki, Ukrayna tərəfi Rusiya ilə heç bir danışıqlar aparmaq niyyətində deyil. O, Rusiya Silahlı Qüvvələrini Ukrayna ərazisini tərk etməyə dəvət edib və Kiyevin öz torpağında lazım bildiyini edəcəyini vurğulayıb.

PİA.az xəbər verir ki, Danilov bunu “Ukrayna-24” telekanalının efirində deyib.

Rusiya tərəfi ilə heç bir danışıqlar aparılmayıb, aparılmayacaq da”, deyə Danilov vurğulayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Twitter səhifəsində də müvəqqəti atəşkəs barədə məlumatı yalan və ikiüzlülük adlandırıb.

Qeyd edək ki, yanvarın 5-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidentinin tapşırığı ilə Ukraynada bütün təmas xətti boyunca müvəqqəti atəşkəs elan edib. Atəşkəs rejimi yanvarın 6-sı saat 12:00-dan qüvvəyə minəcək və yanvarın 7-si günün sonuna qədər davam edəcək.

Xatırladaq ki, yanvarın 5-də səhər saatlarında Moskva və Bütün Rusiyanın Patriarxı Kirill belə bir təşəbbüslə çıxış edib. Patriarx MoskvaKiyevi yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Milad bayramı ilə əlaqədar atəşkəs elan etməyə çağırıb. Din xadimi bunu onunla izah edib ki, pravoslavlar Milad ərəfəsində və Məsihin mövludu günü dini mərasimlərdə iştirak edə bilməlidirlər.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak isə bu təşəbbüsə cavab olaraq bildirib ki, Rusiya yalnız qoşunları işğal olunmuş əraziləri tərk edəcəyi təqdirdə atəşkəsə ümid edə bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar