Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sandu: "Moldova ordusunda müasir silahlara ehtiyac var"

Moldova ordusu ölkənin konstitusiyada nəzərdə tutulan neytral statusuna baxmayaraq, ən müasir silahları almalıdır.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu "Moldova 1" telekanalının efirində bildirib.

"Neytrallıq demilitarizasiya və ya regionda baş verənlərə biganəlik demək deyil. Özümüzü müdafiə etməli olacağımız halda ordumuz müasir silahlarla təchiz olunmalıdır", - dövlət başçısı deyib.

Bundan əvvəl Sandu qeyd edib ki, ABŞ və bir sıra Aİ dövlətləri onun ölkəsinə ordunun təchiz edilməsində köməklik göstərəcək və Avropa Sülh Fondu bu məqsədlə 40 milyon avro ayırıb. Onun sözlərinə görə, NATO təkcə Ukraynanı deyil, həm də alyansın standartlarına uyğun olaraq Moldovanın silahlandırma imkanlarını müzakirə edir.

Qeyd edək ki, Kişinyov gələn il müdafiə xərclərini 68% artırmağı planlaşdırır. Bu, ötən həftə Milli Məclisdə birinci oxunuşda təsdiq edilən 2023-cü ilin dövlət büdcəsində müəyyən edilib.

pia.az


Etiket: Maya Sandu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar