“Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin boyun fəqərəsindəki ağır əməliyyatdan sonra fotosunu yayımlayıb...
PİA.az xəbər verir ki, Dmitri Roqozin “VKontakte” sosial şəbəkəsində əməliyyatdan sonrakı ilk fotosunu paylaşıb.
“Roskosmos”un keçmiş baş direktoru boyun nahiyyəsində, onurğa sütununa ilişib qalan qəlpə fraqmentin çıxarılması əməliyyatından sonra “VKontakte” sosial şəbəkəsində ilk şəklini dərc edib. Şəkildə Roqozinin çiynidə çiynindəki böyük tibbi plastırının bir hissəsi görünür.
“Sona qədər getməyə hazır olan həmişə qalib gəlir. Hər kəs - gününüz xoş və məhsuldar keçsin!”, deyə Roqozin şəkilin altında yazıb.
Rusiya mətbuatı bildirir ki, əməliyyat dekabrın 26-da uğurla həyata keçirilib. Roskosmos-un keçmiş baş direktorunun köməkçisi əməliyyatın çətin olduğunu, lakin Roqozinin sağlamlığının bərpa olunduğunu bildirib.
Xatırladaq ki, dekabrın 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Roqozinin başçılıq etdiyi bir qrup hərbi mütəxxəsislə birlikdə son günlər məskunlaşdığı Donetsk şəhərinin kənarındakı “Şeş-beş” otelini atəşə tutub.
pia.az