Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şura: "10 hakimin səlahiyyətlərinə xitam verilib"

Ötən dövrdə bu Qaydalar əsasında 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib və işində peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətləri xitam edilib, 20 nəfərə fəaliyyətində dönüş yaratması üçün vaxt verilib.

Bu barədə Məhkəmə Hüquq Şurasından məlumat verilib.

Qeyd olunub ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidenti İlham Əliyevin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mühüm “yol xəritəsi” olmaqla işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirir.

Fərmanın icrası ilə bağlı məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Özəl ekspertiza və mediasiya kimi yeni institutların təsbiti, məhkəmə İnfrastrukturunun müasirləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə əlavə mexanizmlərin yaradılması xüsusi əhəmiyyət kəsb edib.

Bu sahədə qarşıda duran vəzifələrin icrası məqsədilə son illər məhkəmə sistemində mühüm kadr islahatları aparılıb, hakim kadrlarından səmərəli istifadə edilməsi üzrə müvafiq tədbirlər görülüb.

Belə ki, təkcə son dövrlər Ali Məhkəməyə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 25 yeni hakim təyinatı aparılmaqla onun tərkibi 60% təzələnib, məhkəmənin bütün kollegiya sədrləri dəyişdirilib. Həmçinin, apellyasiya məhkəmələrinin bütün sədrləri və kollegiya sədrləri dəyişməklə, yeni, daha hazırlıqlı kadrlarla möhkəmləndirilib. Bu məhkəmələrin hakim korpusunun yarıdan çoxu təzələnib. Fəaliyyətini yeni çağırışlara uyğun qura bilməyən 15-dək hakim qeyd edilən məhkəmələrdən aşağı işə keçirilib.

Hakimlərin məsuliyyət hissinin artırılması məsələləri də daim diqqətdə saxlanılıb, hakim adına layiq olmayan şəxslər bu sistemdən kənarlaşdırılıb. Dövlət başçısının qeyd edilən fərmanının icrası çərçivəsində qəbul edilmiş hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni şəffaf Qaydaları bu sahədə səmərəli mexanizm rolu oynayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar