Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs həbs edilib

Araşdırmalarla onun Şirvan şəhər sakini İqbal Mikayılov olduğu müəyyən edilib...

Şirvanda vətəndaşların 54 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, vətəndaşların şikayəti əsasında onlara qarşı yüksək məbləğdə dələduzluq əməli törədən şəxs saxlanılıb. Araşdırmalarla onun Şirvan şəhər sakini İqbal Mikayılov olduğu müəyyən edilib.

Aparılan ilkin istintaq zamanı İ.Mikayılovun şəhər sakini olan bir vətəndaşa şərikli biznes quracağı barədə yalan vədlər verərək onun 44000 manat pulunu ələ keçirməsi, daha sonra isə pulu qaytarmamaq üçün həmin şəxsə hədə-qorxu gəlməsi müəyyən edilib. Bundan əlavə saxlanılan şəxs digər bir vətəndaşa qarşı da dələduzluq edərək, ona bəzi sənədlərin düzəlməsində köməkliklər göstərəcəyi barədə vədlər verməklə zərərçəkənin 10000 manat vəsaitini ələ keçirib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Polis əməkdaşları İ.Mikayılovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar