Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vasif Talıbovun müavini məktəbin ərazisində özünə villa tikdirib” – Naxçıvandan sensasion xəbər 

“Şərurdan mənə çox maraqlı məlumat veriblər və xahiş ediblər ki, bunu mütləq ictimailəşdirim”...

“Bura mənim də oxuduğum Şərur şəhər 1 saylı orta məktəbidir. Yerli sakinlərin dediyinə görə, uzun müddət Naxçıvan Ali Məclisi sədrinin birinci müavini olmuş, hazırda isə sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov bu məktəbin stadionunu və idman zalının olduğu ərazini zəbt edərək, orada özünə və qayınına villa tikdirib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri jurnalist Məhəmmədəli Qəribli qeyd edib.

“Bir hissəsini isə baha qiymətə başqa  adamlara satıb. Mən Naxçıvana çox az-az gedirəm. Doğrusu, bu fakt diqqətimi çəkməyib. Elə bilirdim ki, əsaslı təmirdən sonra məktəbin stadionunun yerini dəyişiblər. Yerli sakinlər isə orada hökm sürən sərt ab-havaya görə qorxudan susublar.

Həmin stadionda bizim uşaqlığımız keçib. Bu məktəbin idman infrastrukturu Azərbaycana çox adlı-sanlı, dünya, Avropa çempionları olan tanınmış idmançıları bəxş edib. Adam necə bu nalayiq addımı ata bilər? Şərur şəhər 1 saylı məktəb həm də “rus məktəbi” kimi tanınıb. Məktəbdə iki dildə yüksək səviyyəli tədris verilib.

Azər Zeynalovun dədə-baba evi məktəbin yanında olub, özü də bu məktəbdə oxuyub. Bir şəxs özünün də unudulmaz xatirələrinin olduğu bir ərazini necə qəsb edə bilər? Mənə söz veriblər ki, həmin ərazinin və orada tikilən evlərin fotolarını da göndərəcəklər. Mütləq ictimailəşdirəcəm ki, bu yaramaz hərəkətlə hamı tanış olsun. Şərur sakinləri, Azər Zeynalovdan 4 hektardan ibarət zəbt edilmiş  həmin ərazini yenidən məktəbin balansına qaytarmasını tələb edirlər”, – o bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar