Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu yolun əsası qoyuldu" - Altay Həsənov    

İdman gimnastikadan başlayır...

"Bu il federasiyanın 20 illiyini qeyd edirik. Bu gün yubileylə əlaqədar son tədbirimiz idi. İlin yekunlarından, nəticələrdən danışdıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasında qurumun yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tədbirdə ilin yekunları və nəticələr müzakirə olunub: "Uzun yol keçmişik. 2002-ci ildə Mehriban Əliyeva AGF-in prezidenti seçiləndən sonra uğurlu inkişaf yolunun əsası qoyuldu. Bunlar indi öz nəticəsini verir".

Ötən illərdə yerli idmançıların 5 dəfə olimpiya oyunlarında iştirak etdiyini xatırladan A.Həsənov dünya və Avropa çempionatlarında, irimiqyaslı yarışlarda mükafatlar qazanıldığını vurğulayıb: "Federasiyamızın nümayəndələri Avropa Gimnastikasının və Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyinə seçiliblər. Bu illər ərzində beynəlxalq səviyyədə çoxsaylı məşqçilər və hakimlər hazırlamışıq. Qürur duyuruq ki, Azərbaycanın 29 bölgəsində gimnastika bölmələri açılıb və inkişaf edir. Bu, gənclərimiz, xalqımız üçün çox önəmlidir. Regionlarımızda da idmanla məşğul olurlar".

AGF-in vitse-prezidenti bu il yubileylə əlaqədar bir sıra tədbirlər keçirildiyini yada salıb: "Bilirsiniz ki, festival, ustad dərsləri oldu. Xüsusilə Şəkidə gimnastikanın 6 növü üzrə təşkil olunan turnir yaddaqalan oldu. İlk dəfə Bakıdan kənarda yarış keçirdik. Çox mötəbər turnir alındı. Nəticələri yada salanda hansı yolu keçdiyimizi xatırlayırıq. Çətinliklərimiz olub, amma vəziyyətlərdən məharətlə çıxmışıq. Biz böyük bir ailəyik. Bu ailənin başında isə Mehriban Əliyeva durur. Öz dəstəyi, zəhməti və tövsiyəsi ilə bu cür sevinməyimizə imkan verir".

Onun sözlərinə görə, növbəti 20 ildə qazanmalı olduqları daha böyük nailiyyətlər var: "Çünki dayanmırıq. Sürətlə irəliyə gedirik. Ölkəmiz inkişafdadır. İndidən bəzi sirləri açmaq istəmirəm. Uğurlarımız qarşıdadır. Hamınızı 20 ildən sonra həmin uğurlara baxmağa dəvət edirəm".

A.Həsənov sonda Azərbaycan xalqını qarşıdan gələn bayramlar - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib: "Hər zaman bizimlə olun. Çünki idman gimnastikadan başlayır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar