Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azercell 25 tələbəyə təqaüd ayırıb

“Azercell Telekom” MMC-nin bu ilin oktyabr ayında elan etdiyi “Tələbə Təqaüdü” Proqramının nəticələri müəyyən edilib...

PİA.az-a verilən xəbərə görə, proqrama 1100-dən çox müraciət daxil olub.

Mərhələli seçim prosesinin sonunda 25 tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaqlar. Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilmişdir.

“Tələbə Təqaüdü” Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Azercell Telekom” MMC korporativ sosial məsuliyyət siyasəti çərçivəsində gənclərə gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verir, onları inkişaf etməyə, bilik və bacarıqlarını üzə çıxarmağa yardım edir. şirkət bu istiqamətdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələri təhsilə, yeni texnologiyaların öyrənilməsinə həvəsləndirmək məqsədilə müxtəlif layihələr həyata keçirir.

pia.az


Etiket: Azercell


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar