Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ nüvə diplomatiyası üçün İranla qapıları açıq saxlayır - Təhlil

Müəlliflər: Ərşad Mohammedi və Con Ayriş
Reuters Agency

Təxminən iki ildir ki, Birləşmiş Ştatlar İranla 2015-ci ildəki nüvə sazişinə dair danışıqları bərpa etməyə uğursuz cəhdlərdə bulunsa da, Vaşinqton və onun avropalı müttəfiqləri diplomatiya qapılarını tamamilə bağlamaqdan imtina edirlər.

Onların bu addının səbəbi alternativ yanaşmaların təhlükəsi, İrana hərbi hücumun gözlənilməz nəticələri və Tehranın kursunu dəyişmək üçün hələ vaxtının olduğuna inamıdır. İran sakitcə, parçalanan nüvə materialı yaratmağa cəhd etsə də, hələ ki, bu nəticəyə nail ola bilməyib. Lakin bəzi rəsmilərə görə isə İran artıq bomba hazırlamaq texnologiyasını mənimsəyib.

"Düşünürəm ki, bizim İranın nüvə silahı yaratmamasını təmin etmək üçün JCPOA-dan (Birgə Hərtərəfli Fəaliyyət Planı. İranın nüvə sazişi və ya İran sazişi kimi tanınır, İranla BMT-nin beş daimi üzvü və Avropa İttifaqı arasında 14 iyul 2015-ci ildə Vyanada İranın nüvə proqramına dair əldə edilmiş razılaşmadır.) daha yaxşı variantımız yoxdur”, deyə Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell deyib. O, bunu keçən həftə Brüsseldə Aİ rəsmilərinin görüşündən sonra deyib və virğulayıb ki, “bu müqaviləni canlandırmaq üçün mümkün qədər çox cəhd etməliyik”.

Qeyd edək ki, 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planına əsasən, Tehran iqtisadi sanksiyalardan azad olmaq müqabilində nüvə proqramını dayandırmalıdır.

Razılaşmanı canlandırmaq istiqamətində işlərin gedişi bu il daha çox dalana dirənib. İran xalq etirazlarını vəhşicəsinə dağıdıb, İranın pilotsuz təyyarələri Rusiyaya verilib və bu pilotsuz təyyarələlə Ukraynanın kritik infrastrukturlarına zərbələr endirilir. Eyni zamanda Tehran nüvə proqramını sürətləndirib və bunların hamısı İrana qarşı sanksiyaların yüngülləşdirilməsinin siyasi qiymətini qaldırıb.

“Hər gün getdikcə daha çox ekspertin belə qənatə gəlir ki, bu sövdələşməni canlandırmaq üçün ən pis vaxtdır və biz sadəcə, oradakı zalım rejimə təzyiq göstərməliyik”, deyə Brookings İnstitutunun araşdırma mərkəzinin nüvə silahının yayılmaması üzrə eksperti Robert Eynhorn bildirib.

“Hətta danışıqların bərpasının güclü tərəfdarları arasında artıq bir növ “istefa verənlər” var. Onların ürəkləri dirçəliş üçün siyasi əvəz ödəmənin mümkünlüyünü desə də, ağıları onlara bunun həqiqətən çətin olacağını söyləyir”, deyə ekspert əlavə edib.

Uranın 90% zənginlşdirilməsi qırmızı xəttdirmi?

2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2015-ci ildə imzalanmış sazişdən imtina etmişdi ki, bu sazişin əsas müddəalardan birində Tehranın uranı 3.67 faiz səviyyəsində zəngiləşdirməsinə imkan verirdi ki, bu da bomba əldə edilməsi üçün zəruri olan 90%-dən aşağı göstərici idi. Buna baxmayaarq, Tramp ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etmişdi və bu, Tehranın əvvəllər qadağan olunmuş nüvə işlərinə yenidən başlamasına səbəb oldu. ABŞ, Avropa və İsrailin İranın atom bombası əldə edə biləcəyi ilə bağlı qorxularını canlandırdı. İran isə bu iddialaır rədd edir.

İran hazırda uranı 60%-ə qədər zənginləşdirir. Zənginləşmə işləri Fordoda, dağın altında aparılır ki, həmin yerin bombardmanlarla məhv edilməsi çətin işdir.

Parçalana bilən nüvə materialının əldə edilməsi nüvə silahının yaradılması yolunda ən böyük maneə hesab olunur, lakin nüvə silahının yaradılma prosesində başqa məsələlər də var ki, onlardan biri də bomba dizaynının texniki problemidir.

ABŞ kəşfiyyatının 2007-ci ilin sonunda açıqlanan hesabatından bildirilirdi ki, İran 2013-cü ilin payızına qədər (həmin il işlər dayandırılmışdı) nüvə silahı istehsal etmək üzərində inamla çalışır...

Bir çox diplomatlar İranın uranın 90%-ə qədər zənginləşdirməyə başlamadığına inandıqlarını və bunu qırmızı xətt kimi qiymətləndirdiklərini söyləyiblər: “Əgər İran açıq şəkildə nüvə silahı əldə etmək üçün hərbi proqramını yenidən başlasa və uranı 90% zənginləşdirsə, o zaman ABŞ, Avropa və İsraildə bütün müzakirələr dəyişəcək”, deyə bir Qərb diplomatı bildirib. O qeyd edib ki, bu, baş verməsə, diplomatik yolun açıq qalacaq.

ABŞ siyasətçiləri İranın 22 yaşlı kürd əsilli iranlı qadın Məhsa Əmininin sentyabr ayında İran əxlaq polisinin nəzarətində ölməsindən sonra başlayan etirazları amansızlıqla yatırması səbəbindən sazişin müzakirəsinə qayıdılması isə yubanır. ABŞ prezidenti Co Bayden son aylarda İrana qarşı sanksiyaları gücləndirib, İran xam neftinin satışını asanlaşdıran Çin müəssisələrini hədəfə alıb və İran rəsmilərini insan haqlarının pozulmasına görə sanksiyalarla cəzalandırıb.

Adının açıqlanmasını istəməyən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, danışıqlar dayandırılsa da, nüvə danışıqlarını koordinasiya edən avropalı diplomat Enrike Mora bütün tərəflərlə təmasları hələ də davam etdirir.

ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malli keçən ay Parisdə jurnalistlərə verdiyi açıqlamada, “Biz diplomatiyaya qayıtmaq üçün qapını açıq saxlamaqla yanaşı, təzyiqlərə də davam edəcəyik” mesajını verib və əlavə edib ki, əgər “İran nüvə proqramında “qırmızı xətti” keçərsə, fərqli cavab olacaq”. Lakin o, “cavab”ın nədən ibarət olacağını dəqiqləşdirməyib.

İran sazişlə bağlı danışıqların bərpası üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) üç yerdə uran izləri ilə bağlı araşdırmalarının dayandırılmasını əsas hesab edib. ABŞ və müttəfiqləri isə bu şərtlə razılaşmayıblar.

JCPOA olmasa belə, diplomatiya yaşaya billər

Bir sıra Qərb diplomatları İrana qarşı hərbi əməliyyatın gözlənilməz bir şəkildə nəzərdən keçiriləcəyinə inanmadıqlarını və bu zərbənin sadəcə olaraq, İranın nüvə silahı əldə etmək istəyini gücləndirə biləcəyi və qisas addımı atacağı riskini artıracağını söyləyiblər.

“Mən düşünmürəm ki, kimsə yaxın perspektivdə hərbi variant nəzərdə tutur”, deyə Qərb diplomatı bildirib: “Həll hərbi yolla olmayacaq və belə çağırış edənlər çox deyil”.

Üçüncü bir diplomat isə deyib ki, o, Qərbin dəstəyi olmadan İsrailin İranı bombalamasını praktiki olaraq qeyri-mümkün hesab edir.

2015-ci ildə əldə olunan nüvə razılaşması bərpa olunmasa belə, Bayden administrasiyasının yüksək rütbəli rəsmisi digər diplomatik həll yollarının mümkün ola biləcəyini bildirib: “JCPOA-nın nə vaxt və necə bərpa oluna biləcəyi çətin sualdır. Ancaq nə vaxtsa JCPOA olmasa belə, bu, diplomatiyanın eyni vaxtda dəfn ediləcəyi demək deyil”.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Qobustan və Xəzər rayonlarının bir hissəsində.qaz olmayacaq  

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ən çox oxunanalar