Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın, o cümlədən aksiyaçıların dinc ermənilərlə hər hansı problemi yoxdur

Azərbaycan dövlətinin, o cümlədən Şuşa-Xankəndi yolunda aksiya keçirənlərin dinc ermənilərlə hər hansı problemi yoxdur...

“Report” xəbər verir ki, bir qədər əvvəl Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları özlərinə məxsus avtomobillərdə ermənilərə humanitar yardım aparıb. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda aksiya keçirənlər Laçın istiqamətindən Xankəndi istiqamətinə göndərilən humanitar yardım maşınlarının keçidinə tam şərait yaradıblar. Həmçinin bir qədər əvvəl aksiyada iştirak edən Azərbaycan Könüllü Həkimlər Assosiasiyası milliyətindən asılı olmayaraq hər kəsə kömək etməyə hazır olduqlarına dair müraciətlə çıxış ediblər.

Aksiya hazırda davam edir.

Bu faktlar bir daha göstərir ki, nə Azərbaycan dövlətinin, nə də aksiyada iştirak edənlərin dinc erməni əhalisi ilə hər hansı problemi var. Rusiya sülhməramlılarına məxsus maşınların aksiya keçirilən yerdən sərbəst hərəkəti isə növbəti sübutdur ki, yolu heç də aksiya iştirakçıları bağlamayıb, yol Rusiya sülhməramlıları tərəfindən bağlanılıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

pia.az


Etiket: Aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Ən çox oxunanalar