Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN başçısının müavini ABŞ Konqresi aparatının əməkdaşları ilə görüşüb

11-13 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtonda səfərdə olub...

Bu barədə PİA.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Dekabrın 11-də nazir müavini Baltimor şəhərində təşkil olunmuş “Orta dəhliz: limanlar və hava daşımaları vasitəsilə iqtisadiyyatların birləşdirilməsi” (Middle corridor: connecting economies through ports and air freight connectivity) adlı konfransda iştirak edib, ölkəmizin bu mühüm layihədə artan rolu haqqında danışıb.

12 dekabr tarixində nazir müavini Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş toplantıda iştirak edib, qonaqlar qarşısında dahi şəxsiyyət barədə öz fikirləri ilə bölüşüb.

Dekabrın 13-də nümayəndə heyətinin ABŞ Konqresi aparatının əməkdaşları ilə görüşü keçirilib. Görüş zamanı nazir müavini Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə danışıqların gedişatı, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib, qarşı tərəfinin çoxsaylı suallarını cavablandırıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Konqresdə ölkəmizlə sıx əməkdaşlıq edən konqresmen Stiv Şabotun təqaüdə çıxması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edib.

pia.az


Etiket: XİN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

“Zəngəzur dəhlizi”nin “3+3” formatı çərçivəsində müzakirəsi Tehrana nə verəcək?

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

"Formula 1"də iştirak edən Fransa komandası etiraz aksiyası keçirəcək

Qardaşların yarım milyardlıq cinayəti - “Bentley”lər, qayıqlar, villalar...

İphone 16-nın hansı özəllikləri var? - Fotolar

"Formula-1" çempionu Azərbaycan Qran-prisini qiymətləndirdi

PUA-lar müharibə qaydalarını dəyişir: Təhlükəsiz səngərlər ölüm tələlərinə çevrilir...

Ən çox oxunanalar