Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib

Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilib...

PİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham ƏliyevAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi, Qaradağ, Xəzər, Səbail, Sabunçu, Suraxanı, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Xətai, Yasamal rayon gənclər və idman idarələrinin əsasında Bakı Şəhər Gənclər və İdman İdarəsi yaradılıb.

Eyni zamanda Sərəncama görə, Gənclər və İdman Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

- Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında AbşeronXızı Regional Gənclər və İdman İdarəsi;
- Ağsu, İsmayıllı, QobustanŞamaxı rayon gənclər və idman idarələrinin əsasında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi;
- Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Naftalan şəhər, Daşkəsən, Göygöl, GoranboySamux rayon gənclər və idman idarələrinin əsasında Gəncə−Daşkəsən Regional Gənclər və İdman İdarəsi;
- Xankəndi şəhər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, ŞuşaTərtər rayon gənclər və idman idarələrinin əsasında Qarabağ Regional Gənclər və İdman İdarəsi;
- Ağstafa, Qazax, Gədəbəy, ŞəmkirTovuz rayon gənclər və idman idarələrinin əsasında QazaxTovuz Regional Gənclər və İdman İdarəsi;
- Xaçmaz, Quba, Qusar, SiyəzənŞabran rayon gənclər və idman idarələrinin əsasında Quba−Xaçmaz Regional Gənclər və İdman İdarəsi;
- Astara, Lerik, Lənkəran, Masallı, YardımlıCəlilabad rayon gənclər və idman idarələrinin əsasında LənkəranAstara Regional Gənclər və İdman İdarəsi;
- Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, YevlaxZərdab rayon gənclər və idman idarələrinin əsasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi;
- Beyləqan, İmişli, SaatlıSabirabad rayon gənclər və idman idarələrinin əsasında Mil−Muğan Regional Gənclər və İdman İdarəsi;
- Balakən, Zaqatala, Qax, Şəki, OğuzQəbələ rayon gənclər və idman idarələrinin əsasında ŞəkiZaqatala Regional Gənclər və İdman İdarəsi;
- Cəbrayıl, Kəlbəcər, Qubadlı, LaçınZəngilan rayon gənclər və idman idarələrinin əsasında Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi;
- Şirvan şəhər, Biləsuvar, Hacıqabul, NeftçalaSalyan rayon gənclər və idman idarələrinin əsasında Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar