Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Foden və Harri Keyn yeni rekorda imza atıb

İngiltərə millisinin futbolçusu Fil Foden son 24 ildə dünya çempionatının pley-off matçında iki məhsuldar ötürmə verən ən gənc oyunçu olub.

“Report”un məlumatına görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Seneqal üzərində 3:0 hesablı qələbəyə iki assistlə töhfə verərək bunu bacarıb.

22 yaş 190 günlüyündə bu göstəriciyə imza atan Fodenə qədər ən gənc yaşda bunu bacaran futbolçu Braziliya yığmasının sabiq hücumçusu Ronaldo olub. “Yekədiş” DÇ-1998-in pley-offunda iki məhsuldar ötürmə verəndə 21 yaş 284 günlüyündə olub.

Harri Keyn isə qarşılaşmada fərqlənməklə böyük turnirlərdəki qol sayını 11-ə çatdırıb. Dünya çempionatlarında 7, Avropa çempionatlarında isə 4 top vuran hücumçu bu göstərici ilə yeni rekord müəyyənləşdirib. O, 10 qolla ingilislərin ən məhsuldar futbolçusu olan Qari Linekeri qabaqlayıb.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Fransa ilə qarşılaşacaq.

pia.az 


Etiket: Foden və Harri


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ən çox oxunanalar