Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DÇ-2022: Fransa mundialın 1/4 final mərhələsinə yüksəlib - Yenilənib

Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adı məlum olub...

Apasport.az xəbər verir ki, mundialın 1/8 final mərhələsində 2 Avropa komandası üz-üzə gəlib.

Son dünya çempionu Fransa Polşa ilə qarşılaşıb.

İndiyədək keçirilən qarşılaşmalarda Fransa üstün tərəf olub.

Polşa cəmi 1 dəfə fransızlara qalib gəlib.

Həmin görüş də 1982-ci il İspaniyada keçirilmiş mundialın 3-cü yer uğrunda matçı olub.

Polşa Fransaya 3:2 qalib gəlib.

Dünya çempionatı-2022

1/8 final
19:00 Fransa – Polşa - 3:1
Qol: Olivye Jiru, 44. Kilian Mbappe, 74, 90+1, Levandovski 90+7 (penalti)

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Kilian Mbappe 90+1-ci dəqiqədə özünün 2-ci, fransızların isə 3-cü qolunu vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, Kilian Mbappe 74-cü dəqiqədə fransızların üstünlüyünü artırıb.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik Didey Deşamın baş məşqçi olduğu kollektiv hesabda öndədir - 1:0.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, fransızlar fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 44-cü dəqiqədə Olivye Jiru vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Polşa yığmaları arasında 1/8 final mərhələsinin oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

DÇ-2022-nin 1/8 final oyunu üçün Fransa və Polşa millilərinin start heyətləri bəlli olub.

“Xoruzlar”ın start 11-liyində Huqo Lloris, Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Orelyen Tçuameni, Adrien Rabio, Antuan Qrizman, Usman Dembele, Kilian Mbappe, Olivye Jiru yer alıb.

Polşa komandası isə Voyçex Şçensni, Bartoş Bereşinski, Yakub Kiver, Kamil Qlik, Metti Keş, Pşemıslov Frankovski, Sebastyan Şimanski, Qjeqoj Krıxovyak, Pyotr Zelinski, Yakub Kaminski, Robert Levandovski ilə mübarizəyə başlayacaqlar.

pia.az


Etiket: futbol


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Ən çox oxunanalar