Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti: "Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı"

"Türkiyəyə getməsəydim, Azərbaycan teatrı üçün daha yaxşı olardı"...

Bunu "Report"a müsahibəsində Azərbaycan Respublikasının Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib.

Xalq artisti bildirib ki, etdiyi heç bir şeydən peşman deyil:

"Çünki addım atmazdan əvvəl kifayət qədər fikirləşirəm. Amma hesab edirəm ki, getməsəydim Azərbaycan teatrı üçün daha yaxşı olardı. Potensialımı bura üçün xərcləyərdim. Türkiyə nə qədər böyük olsa da, Azərbaycanın sənət və intellektual potensialı hər zaman üstündür. Bizim bir kökümüz var və o köklərin qopmaması üçün mənim burda olmağım lazımdır".

C.Novruzov vurğulayıb ki, Azərbaycan teatrı bu gün nəinki paklığını, peşəkarlığını saxlaya bilməyib:

"Peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb. Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır. Məsələn, gedib bazardan alma alırıq, lakin piştaxtada qurd dəyməmiş alma yoxdur. Bəs, bu necə olub? Cavab bəsitdir: Vaxtında buna qarşı tədbir görülməyib, ağac dərmanlanmayıb. Biz bu gün həmin ağacın məhsulunu yeyirik. Ona görə teatrdakı problemlərin qaynağı dünən buraxılan səhvlərdir".

Müsahibənin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar